Vergi ödəyiciləri üçün xüsusi nəqliyyat vasitələri
Tarix: 10.02.2014 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən göstərilən xidmətlərin istehlakçılarına daha da yaxınlaşdırılması, onların insanlar üçün daha rahat və əlçatan olmasının təmin edilməsi, xidmət tədbirlərinin vergi orqanlarının nəzarət dairəsinə aid olan bütün rayonları, qəsəbə və kəndləri əhatə etməsi, vergi təbliğatının ünvanlı şəkildə aparılması məqsədilə xüsusi nəqliyyat vasitələri alınmış və onların üzərində Vergilər Nazirliyinin atributları (nazirliyin adı, loqosu, internet saytının rəsmi ünvanı) habelə "195 Çağrı Mərkəzi" sözləri yerləşdirilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən “Palitra”ya verilən məlumata görə, avtomobillərdən bilavasitə vergi ödəyicilərinə xidmətlərin göstərilməsi sahəsində, o cümlədən Vergilər Nazirliyi təmsil olunan sərgilərdə, vergi ödəyiciləri və bələdiyyələrlə keçirilən müxtəlif görüşlərdə, "vergi xidməti günləri"ndə, məktəblərdə şagird və tələbələrlə, eləcə də "Vergi dostları" layihəsinin iştirakçıları ilə keçirilən müxtəlif tədbirlərdə və görüşlərdə istifadə olunacaq.
Bu avtomobillərdən istifadə olunması xidmət mərkəzlərində vətəndaşlardan və vergi ödəyicilərindən kağız daşıyıcılarında qəbul edilmiş sənədlərin vaxtında icra olunması üçün vergi orqanına və əks istiqamətdə daha operativ qaydada çatdırılmasına da imkan verəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
21.01.2019
2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub
21.01.2019
Qadın sahibkarlara verilən kreditlər hesabına 8500-dən çox iş yeri yaradılacaq
21.01.2019
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info