Tahir Kərimli: “Müxalifətin xaricə satılması ən ali səviyyədə ifşa olundu”
Tarix: 10.02.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident İlham Əliyev bir sıra məsələlərə diqqət çəkdi. Ölkə başçısı Azərbaycanın dünya miqyasında böyük hörmətə malik dövlət olduğunu, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçildiyini, dünya birliyinin üçdə iki hissəsi tərəfindən dəstəkləndiyini vurğuladı. Prezident xaricdən olan bəzi təzyiqləri də diqqətə çatdırıb bildirdi ki, bu təzyiqlər heç bir səmərə vermir. Onun fikrincə, bəzi satılmış müxalifət qruplarının fəaliyyəti də səmərə vermir: “Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”.
Müxalifətin son prezident seçkiləri öncəsində xarici qüvvələrə satıldığını politoloqlar, siyasətçilər tərəfindən də dəfələrlə eşitmişdik. Amma bu fikirləri ən yüksək səviyyədə, hər şeydən xəbərdar olan ölkə başçısının dilindən eşitmək doğrudan da müxalifət üçün bir ciddi mesaj oldu. Sirr deyil ki, Prezident bəzi müxalifət qüvvələri dedikdə, əsasən “milli şura”da toplaşan radikal siyasətçiləri nəzərdə tutmuş oldu. Çünki bu addımları ilə qınaq obyektinə çevrilən müxalifətçilər qurumun xarici proyekt olduğunu bilə-bilə gedib ora qoşulmuşdular. Cəmiyyət də bu qüvvələri və onlara dəstək verənləri aşkar şəkildə gördü. Müxalifət olanda nə olar? Məgər müxalif mövqedə dayanmaq öz şəxsi maraqlarını milli maraqlardan üstün tutub, başqasının “çaldığı hava”ya oynamaq deməkdir?
Məsələyə münasibət bildirən Vəhdət Partiyasının sədri Tahir Kərimli ölkə başçısının bəzi müxalifət nümayəndələrinin satılması ilə bağlı verdiyi mesajı ciddi məsələ adlandırdı: “Şübhəsiz ki, bir çox siyasətçilər kimi mən də cənab Prezidentin çıxışını dinlədim və hətta, bu çıxışla bağlı olan fikirləri mediada dəfələrlə izlədim. Son toplantıda İlham Əliyevin bütün sahələrlə bağlı dediyi fikirləri də təhlil etdim və o cümlədən də onun müxalifətlə bağlı olan fikirlərini təqdir etdim. Adətən, müxalifət hər dəfə Prezidentin çıxışından sonra onun müxalif düşərgə ilə bağlı fikirlərinə kəskin reaksiya verərdi, etirazlar bildirərdi. Bu dəfə isə qəribə proseslərin müşahidəçisi olduq. Müxalifət liderləri sözlərin onlara aid olmadığını deyərək ittihamdan qaçmağa çalışdılar. Müsavat dolayısı ilə bildirdi ki, “bu sözlər bizə aid deyil, biz əvvəldən də deyirdik ki, “milli şura” xarici qüvvələrin proyektidir”. Sanki bir günahkarlıq sindromu yarandı. Gizlədilməsi mümkün olmayan bir problemlə üz-üzə qaldılar. Həqiqətən də “milli şura”nın xarici ölkədəki - Rusiyadakı müxtəlif dairələrin layihəsi olmağını hər kəs bilirdi. Hamı aşkar görürdü ki, gözlənilmədən heç vaxt müxalifətə simpatiyası olmayan bir rejissoru özlərinə rəhbər qəbul etdilər. Axı bu adam həmişə müxalifətə üstdən aşağı baxıb! Qurumun rəhbərləri Azərbaycan dövlətinə qarşı aşkar şəkildə çıxan şəxslərlə görüşlər də keçirirdilər. Bütün bunlara göz yummaq olardımı? Yəni, bunlar gizlədiləsi faktlar deyil. AXCP isə aşkar şəkildə İbrahimbəyovu dəstəkləyirdi. Bəyəm bilmirdilər ki, o da xarici qüvvələrin adamıdır? Həmin qüvvələr ki, ölkədə hakimiyyət dəyişikliyi ovqatı yaratmaq istəyirdilər. Amma məlum məslədir ki, xalq belə şeyə dəstək olmayacaqdı. Müxaliflər Rusiya amilini də ortaya atdılar, amma bu da uğursuz oldu. Azərbaycanın sabitliyi və Rusiya ilə olan ticari əlaqələr də şimal qonşumuz üçün əsas amil idi. Qısası, İbrahimbəyov, Həsənli və Namazov üçlüyünün xarici ölkələrdəki səfərləri mənasız yerə hesablanmamışdı. Politoloqlar və bir çoxları tərəfindən onların xarici qüvvələrə işləməsi ifşa olunurdu. Ancaq cənab Prezidentin dilindən bu fikirlər çıxanda hər kəsə bir daha bəyan oldu ki, doğrudan da müxalifətdə çirkin oyunlar oynanılıb. Hər şeydən xəbərdar olan Prezidentin dilindən bu fikirlərin səslənməsi isə ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır”.
Doğrudan da son siyasi proseslər bir daha onu göstərdi ki, hər bir cəhətdən müxalifət xaricdən stimullaşdırılıb istiqamətləndirilir. Xarici qüvvələr müxalifətdən təzyiq vahidi kimi istifadə etməyə çalışdılar və bu da ən ali səviyyədə ifşa olundu. Bir daha ortaya çıxdı ki, radikallardan kimsə yaxasını kənara çəkə bilməz ki, onlar bu oyunda yer almadılar və Konstitusiyamıza zidd olaraq xaricdən dəstək almamaları haqda olan iddiaları real deyil.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info