“Bizim nəhəng bəstəkarlıq məktəbimiz olub”
Tarix: 10.02.2014 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Cəlal Abbasov: “Gənc ifaçılar Azərbaycan
musiqisini ifa etmək üçün can atırlar”


Bəstəkar Cəlal Əşrəf oğlu Abbasov 8 may 1957-ci ildə Bakı şəhərində anadan olub. Görkəmli bəstəkar və musiqi xadimi Əşrəf Abbasovun oğludur. 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (Qara Qarayevin sinfi), 1984-cü ildə bəstəkarlıq kafedrası nəzdində assistent-stajorluq kursunu (rəhbəri - F.Qarayev) bitirib. 1981-ci ildən SSRİ Bəstəkarlar İttifaqının üzvüdür.
Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru vəzifəsində çalışır.
Müxtəlif janrlarda bəstələnən və geniş kütlə arasında tanınan bir çox musiqi əsərlərinin müəllifidir. Əsərləri ABŞ, Almaniya, Fransa, Avstriya, İndoneziya, Koreya, Özbəkistan, Ukrayna, Gürcüstan, Rusiya və s. ölkələrdə ifa olunub rəğbət qazanıb. 2002-ci ildə Cənubi Koreyada keçirilən Ümumasiya Bəstəkarları Birliyinin Forumunda (“Münacat-I” əsəri ilə) postsovet məkanından yeganə müəllif olub.
Musiqisi “Quator Gaudi” (Fransa), “Seattle Chamber Players” (ABŞ), “Studiə Novoy Muzıki” və “Ansamblğ Marka Pekarskoqo” (Rusiya), “Ensemble Reconsil Wien” (Avstriya), eləcə də Azərbaycan Dövlət kollektivləri və solistlər tərəfindən ifa olunub.
Əsərləri “Music Fabrik” (Fransa), “Sovetskiy Kompozitor” (Rusiya), “İşıq” və başqa nəşriyyatlar tərəfindən nəşr edilib.
Azərbaycan xalq musiqisinin toplanma və təhlili prosesində fəaliyyət göstərir. Naxçıvan, Qarabağ, Gəncə zonalarına folklor-etnoqrafik ekspedisiyaların iştirakçısıdır. Elmi məqalələrin və mətbuatda çıxışların müəllifidir.
1998-ci ildə IV simfoniyasına görə BMT mükafatına, 1990-cı ildə III simfoniya və “Bahar mərasimi” kontatasına görə Azərbaycan Gənclər İttifaqı mükafatına layiq görülüb.
Bir sıra respublika müsabiqələrinin laureatı və qalibidir.
2000-ci ildə “Yüksək səviyyəli şagird hazırladığına görə” Bakı şəhəri Mədəniyyət şöbəsinin Fəxri Fərmanı ilə təltif olunub.
2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının katibidir.



Müsahibimiz Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasovdur.
- Cəlal müəllim, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan Bəstəkarlar İttifaqı katibliyinin yeni tərkibi 2012-ci ilin dekabr ayından fəaliyyətə başlayıb. Düşünürəm ki, Firəngiz xanım Əlizadənin 2007-ci ildə Bəstəkarlar İttifaqının VIII qurultayında sədr vəzifəsinə seçilməsi Azərbaycan musiqi sənətinin inkişafına bir təkan oldu. Möhtərəm Prezidentimizin fərmanı ilə, Azərbaycan Bəstəkarlar İttifaqının ənənəvi binası əsaslı təmirdən sonra özümüzə qaytarıldı. İttifaqın fəaliyyətində canlanma başlandı: konsertlər, pleniumlar, konfranslar, müxtəlif tədbirlər biri-birini əvəzləyir. Bölmələrin işi də bərpa edilib. Mən VIII-IX qurultaylararası zamanı “Gənclərlə iş” bölməsinin həmsədri kimi çalışırdım. Biz mütəmadi olaraq yenicə bəstələnmiş əsərləri dinləyib, yeni-yeni gənc istedadları İttifaqa cəlb edib, onların seçmə əsərlərindən qurulmuş plenumlar keçirməyə başladıq. Yeri gəlmişkən, gənc bəstəkarların yaradıcılığına həsr olunan növbəti tədbir keçən ilin iyul ayında keçirildi. İki günlük konsert, dinləmələr və dəyirmi masadan ibarət olan plenumda təkcə Azərbaycanda deyil, Rusiyada, İranda, Türkiyədə yaşayan azərbaycanlı bəstəkarlar da iştirak etmişdi.
Yeni layihələrə gəldikdə isə məşhur Polşa bəstəkarı Vitold Lütoslavskinin 100 illiyinə həsr olunmuş tədbiri qeyd etmək istərdim. Konsertdə Azərbaycan musiqiçilərinin ifasında Lütoslavskinin müxtəlif kamera əsərləri səsləndi və onun həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirildi. Filmin Azərbaycan dilinə tərcüməsi və nümayişə hazırlanmasında bəstəkarımız Rüfət Xəlilov və onun həyat yoldaşı Günay xanımın əməyini qeyd etmək istərdim. Bu konsert-təqdimat müvəffəqiyyətlə həyata keçirildi və tədbirdə iştirak edən Polşa səfirliyi nümayəndələrinin böyük marağına səbəb oldu.
Bizdə elə bir həftə olmur ki, tədbir keçirilməsin. Məsələn, keçən ay 20 Yanvara həsr olunmuş tədbir keçirildi. Bu tədbirdə həm yeni əsərlər ifa olundu, həm də video-çarxlar izlənildi. Bu günlərdə Q.Qarayevin ad günü ilə bağlı gecə keçirildi.
Ötən ilin maraqlı layihələrdən biri də “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc ifaçıların təqdimatında” adlanır. Ümumiyyətlə, gənc ifaçılar dedikdə, musiqi məktəblərinin yuxarı sinif şagirdlərini, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin, Konservatoriyanın və Musiqi Akademiyasının tələbələrini, həmçinin, həmin tədris ocaqlarını yenicə bitirmiş musiqiçiləri nəzərdə tuturuq. Adətən, tədris proqramında daha çox dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri üstünlük təşkil edir. Müasir musiqi isə nisbətən az ifa olunur. Biz yaşlı və ya dünyasını dəyişən bəstəkarların da əsərlərini ifa etməliyik. Unutmamalıyıq ki, bizim nəhəng bəstəkarlıq məktəbimiz olub. Digər tərəfdən isə, daha gənc bəstəkarların əsərlərini bu prosesə qatmaq yaxşı olardı. Müəllimlər vasitəsilə uşaqlara bu əsərləri təqdim edək ki, onlar bu əsərləri öyrənib, konsertlərdə ifa etsinlər. Yəni biz, klassik əsərlərlə yanaşı, yeni əsərlərə də müraciət edirik. Layihənin Yeni il ərəfəsində keçirilən ilk konsertində ölməz sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Tofiq Quliyev, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Zakir Bağırovun, eləcə də müasirlərimiz Musa Mirzəyev, Arif Məlikov, Firəngiz Əlizadə, Sərdar Fərəcov, Nərminə Nağıyeva və digərlərinin əsərləri də ifa olundu. Hesab edirəm ki, bu çox maraqlı bir layihədir və biz bunu mütəmadi olaraq davam etdirməyə çalışacağıq.
- Pleniumlarda, konsertlər zamanı gənc ifaçılar üzə çıxır və tanınır. Gənc ifaçılar arasında əsasən şagirdlər daha çox üstünlük təşkil edir, yoxsa tələbələr?
- Hər iki tərəf öz bacarıqlarını göstərməyə çalışır. Əsasən musiqi məktəblərində oxuyan şagirdləri xüsusilə vurğulamaq istəyirəm. Onlar üçün Azərbaycan Bəstəkarlar İttifaqının salonunda çıxış etmək böyük stimuldur. İstər musiqi kolleclərinin, istərsə də musiqi məktəblərinin müəllimləri çalışqan şagirdlərini bizə təqdim edirlər. Biz də fürsət olduqda imkanlar yaradırıq.
- Qısaca da olsa, son yaradıcılıq uğurlarınız və yeni planlarınız haqqında söz açardınız.
- Yaradıcılığımdan danışsaq, deyərdim ki, keçən il mənim üçün nisbətən uğurlu il oldu. Aprel ayında Kiyevdə təşkil olunmuş “Azərbaycan musiqisi günləri” festivalı çərçivəsində Ukrayna Dövlət Simfonik Orkestrinin ifasında (dirijor - Fəxrəddin Kərimov) mənim “Where are you, Ulysses? (“Sən haradasan, Uliss?”) adlı əsərim səsləndi. Bu, simfonik orkestr üçün bəstələdiyim on dəqiqəlik əsərdir. Bildiyiniz kimi, Uliss, və ya Odissey kimi tanınan klassik personaj daim axtarışda olduğu üçün mən də çalışdım ki, o axtarışları əsərdə əks etdirim.
Daha sonra isə, Qara Qarayev adına beynəlxalq festivalda orqan üçün yazdığım “Qara Qarayevin xatirəsinə Postlüdiya” adlı əsərim tanınmış musiqiçi Marianna Vısotskayanın ifasında səsləndi.
Bundan başqa, Mustafayev adına İncəsənət Muzeyində keçirilən konsertdə gənc ifaçı Cavad Cavadzadənin təqdimatında solo kontrabas üçün “Münacat I” adlı əsərim səsləndi. Bu əsər ilk dəfə 2002-ci ildə Cənubi Koreyada keçirilən “Asiya bəstəkarları liqası”nın festivalında ifa olunub. “Münacat”lar silsilə şəklindədir və hələ ki üç əsərdən ibarətdir. Hər əsər müxtəlif solo alətlər üçün bəstələnib. “Münacat”ın mənası insanın daxilində edilən dua səsidir.
Keçən ilin uğurlarından söhbət açanda təbii ki, tələbələrimin nailiyyətlərindən danışardım. Burada, ilk növbədə Fərid Fətullayevin Respublika Gənclər Mükafatına layiq görülməsini qeyd etməliyəm. Eyni zamanda, Fəridlə bərabər digər tələbə və məzunlarım - Zəminə Əliyeva, Kamran Nəsirov və Sevinc Əliyevanın Bəstəkarlar İttifaqının tədbirlərində fəal və uğurlu çıxışlarına sevinməyə bilmərəm.
2014-cü il Azərbaycan mədəniyyəti üçün əlamətdar bir tarixdir: bu il Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyi keçiriləcək. Bununla əlaqədar, İttifaqın sədri Firəngiz xanım Əlizadənin təşəbbüsü ilə Katiblik və İdarə heyətinin xüsusi iclasları keçirilib, bu iclaslarda Yubileyə həsr olunmuş tədbirlər planı müzakirə edilib. Əminəm ki, bu şanlı tarixi Azərbaycan bəstəkarları və musiqişünasları yeni nailiyyətlərlə qarşılayacaqlar.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info