“ABŞ münaqişənin həllində əvvəlki illərdən daha fəal iştirak edir”
Tarix: 10.02.2014 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


“Mən Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını çox yaxşı başa düşürəm. ABŞ münaqişənin həll olunmasına çalışır”.
Bu sözləri Azərbaycan Diplomatik Akademiyasının (ADA) Universitetində çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, hazırda ABŞ münaqişənin həlli prosesində əvvəlki illərdən daha fəal iştirak edir: “Biz hökumətlə daha sıx işləyirik. Keçən ilin noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox pozitiv hadisə oldu və bu görüşlərin davam etməsi vacibdir. Tərəflər münaqişənin həll olunması üçün daha konkret məsələlər ətrafında müzakirələr aparırlar. Biz bu münaqişənin həllində əlimizdən gələni edəcəyik. İnsan həyatının itirilməsi faciədir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir neçə həftədir ki, vəziyyət gərginləşib. Biz bu gərginliyin azalacağına ümid edirik”. Ermənilərin Olimpiya oyunları dövründə atəşkəs rejimini pozmasına dair sualı cavablandıran səfir bildirib ki, vəziyyətin gərginləşməsi danışıqlar prosesinə kömək etmir və bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər: “Biz hər iki tərəfi təmas xəttində Olimpiya barışığına əməl etməyə çağırırıq”. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəlincə, R. Morninqstar qeyd edib ki, görüş barədə qərarı prezidentlər özləri verməlidirlər: “Biz ümid edirik ki, onlar yenidən görüşəcəklər. Düşünürəm ki, münaqişənin yeganə həlli yolu prezidentlərin bir masaya əyləşib problemin nizamlanması istiqamətində konkret addımlar atmasıdır. Bu məsələdə ATƏT-in Minsk qrupu rol oynayır, biz də rol oynaya bilərik. ABŞ həmsədrlərdən biri kimi öz ideyalarını verir. Lakin münaqişənin həlli iki tərəfin siyasi iradəsindən asılıdır”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info