İranın nüvə məsələsi üzrə növbəti müzakirələr fevralın 17-də başlayacaq
Tarix: 10.02.2014 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


İranla “altılıq” ölkələri arasında nüvə sahəsində yekun razılaşmanın əldə olunması üçün fevralın 17-də Vyana şəhərində növbəti müzakirələr başlayacaq. Bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.
Onun sözlərinə görə, Cenevrə razılaşması nüvə müzakirələrinin ən uzağı bir il davam etməsinə imkan verir: “Ancaq qarşı tərəf yaxşı niyyət və iradə göstərdiyi təqdirdə, nüvə problemi bir neçə ay müddətində həll edilə biləcək”. A.Əraqçı İranın AEBA və ya “altılıq” ölkələri ilə apardığı nüvə danışıqlarının məqsədlərinin ayrı olduğunu, ancaq hər iki müzakirənin müsbət və ya mənfi təsirləri olacağını da deyib. Nazir müavini ABŞ rəsmilərinin bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı ilə bağlı mövqeyini də qiymətləndirib: “Cenevrə razılaşması ABŞ-la əlaqələrin normallaşması üçün əldə olunmayıb. Bu nüvə razılaşması İranla Qərb arasında dostluq anlaşması da deyil. İranın ABŞ-la bağlı mövqeyi dəyişməyib. Rəsmi Tehranın Fələstin, Suriya, Yaxın Şərq, insan haqları, təcavüzkarlıq və onlarla mövzuda bu ölkə ilə problemləri var. İran müstəmləkəçiliyi qəbul etmir və ABŞ imperializminə qarşı siyasətini davam etdirəcək. Bu gün ABŞ prezidenti, dövlət katibi, dövlət katibinin müavini və maliyyə nazirinin İrana yönəlik düşməncə açıqlamaları onların gücsüzlüyündən qaynaqlanır. Çünki ABŞ Konqresinə və ölkə ictimaiyyətinə cavab vermək durumundadırlar”. A.Əraqçı deyib ki, İran ABŞ-ın təzyiq etməsinə icazə verməyəcək və bu ölkənin yeni sanksiyaları cavabsız buraxılmayacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info