“Artıq Niderland Krallığında tanınırıq”
Tarix: 10.02.2014 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Ofeliya Babayeva: “Səfirliyimizlə bərabər erməni
yalanlarını ifşa etməyə çalışırıq”


Müsahibimiz Ofeliya Babayeva 1995-ci ildən Hollandiyada yaşayır. Şəxsi həyatı ilə əlaqədar Hollandiyaya emiqrasiya olunub. İxtisasca iqtisadçı olsa da, diaspor sahəsində də öz aktivliyi ilə seçilir. Belə ki, 2003-cü ildən Azərbaycan-Hollandiya Cəmiyyətinin sədr müavini kimi fəaliyyət göstərir. 2006-cı ildə Benilüks Azərbaycanlıları Konqresinin Qadınlar Şurasının rəhbəri vəzifəsinə seçilib. 2008-ci ildən isə bu konqresin vitse-prezidenti kimi çalışır.
- Diaspor olaraq Hollandiyada ictimai-siyasi fəallıq göstərirsinizmi?
- Diaspor təşkilatı olaraq Azərbaycanın bütün əlamətdar rəsmi və qeyri-rəsmi günlərini qeyd edirik. Hər il Qanlı Yanvar hadisələri ilə əlaqədar anma günü keçirib, şəhidlərimizin ruhuna ehsan veririk. Xocalı soyqırımı aktı ilə əlaqədar mitinqlər, nümayişlər keçirib, Belçikada yerləşən erməni səfirliyinə rəsmi olaraq tələbnamələrimizi dəfələrlə çatdırmışıq. Rəsmi orqanlara müraciət edərək Hollandiyada ticarətlə məşğul olan satış mərkəzlərində “Qarabağda istehsal olub” markası ilə satılan məhsulların satışdan çıxarılmasını əldə etmişik. Daha sonra holland rejissoru Suzan Krugerin Qarabağ haqqında çəkdiyi ``Ümid axırıncı ölür" adlı ermənipərəst filmini boykot edib, nümayişini dayandırmışıq. İDFA Beynəlxalq film festivalında erməni rejissoru Ovanesyanın çəkdiyi "Hərb və sülh insanlarının aqibəti" filmini də, insan haqlarını sarsıtdığı üçün boykot edib, nümayişini dayandırmışıq. Ümumiyyətlə, konqres olaraq gördüyümüz işləri saymaqla qurtarmaz. Ən son isə Haaqada Niderland Krallığının parlamentində 10 dekabr 2013-cü ildə (Beynəlxalq İnsan Haqları Günü) konqresimiz tərəfindən “Qarabağ və Qafqazda təhlükəsizlik” adlı beynəlxalq konfrans keçirildi. Buraya Niderland Krallığının millət vəkilləri, çoxsaylı qonaqlar, Azərbaycan səfirliyinin nümayəndələri və Qarabağ müharibəsinin iştirakçıları dəvət olunmuşdu. Tədbir çox yüksək səviyyədə keçirildi.
- Azərbaycanlılar Hollandiyanın rəsmi orqanlarında yetərincə təmsil olunurlarmı?
-Azərbaycanlılardan bu ölkənin siyasi partiyalarına üzv olanlar var. Amma ölkənin seçim orqanlarında hələ ki azərbaycanlılar yoxdur.
- Hollandiyada Azərbaycanı necə təbliğ edirsiniz?
- Keçirdiyimiz bütün tədbirlər Vətənimizin təbliğinə həsr olunur. 2007-ci il yanvar ayında Hollandiyanın Utrext şəhərində hər il düzənlənən Beynəlxalq Turizm Konfransında Azərbaycanı milli musiqimiz, yeməklərimiz, adət-ənənələrimiz, rəqslərimiz, milli geyimlərimiz, fotorəsmlərimiz və Vətənimizə işğalçı qonşularımızın törətdiyi vəhşiliklərin nümayişi ilə keçirdik. Ötən ayın 19-da Rotterdamda Azərbaycan-Hollandiya Cəmiyyətində Qanlı Yanvar ayının şəhidlərinin anma mərasimi oldu.
- Xocalı soyqırımı ilə bağlı hansı tədbirləri həyata keçirməyi planlaşdırırsınız?
- Fevralın 26-da Brüssel şəhərində Avropa İnsan Haqları Məhkəməsinin qarşısında böyük mitinq olacaq. Oradan da erməni səfirliyinə yürüş edib, bəyannaməmizi erməni səfirliyinə təqdim edəcəyik. Əlbəttə ki, tələblərimizi də sonra həm Amsterdam, həm Rotterdam, həm də Tilburg şəhərlərində yerli xalqa gənclər tərəfindən Xocalı faciəsi həkk edilmiş xüsusi köynəklər və bu faciəni anladan broşürlər təqdim ediləcək. Daha sonra ``Xoca`` filminin çəkiliş heyəti ilə bərabər Brüssel şəhərində filmin nümayişi olacaq.
- Tədbirlərinizə yerli xalqın marağı necədir?
- Əlbəttə, yerli xalq indiyə kimi doğru informasiya almayıb və həqiqətdən uzaq olan filmlərin, məlumatların, kitabların əhatəsində olublar. Buraya köç edən, ermənisoylu insanlardan da yalan informasiyalar alıblar. Biz, səfirliyimizlə bərabər bu yalanları ifşa etməyə çalışırıq. Bilirsiniz ki, ermənilərin əli hər yerə çatır, “timsah göz yaşları”nı hər yerdə işə salırlar. Xatirimdədir ki, konqresimiz ilk dəfə olaraq Niderlandın ən baxımlı kanalı olan “Niderland3” kanalında “Qarabağ gerçəklikləri” adlı sənədli filmin hazırlanması və nümayişini əldə etdi. Bu, ermənilər üçün gözlənilməz və ağır bir zərbə olmuşdu. Onu hələ də unutmurlar.
- Artıq dünya ölkələrində yaşayan diaspor gənclərimiz aktivliyi ilə seçilirlər. Siz bu sahədə çoxdan çalışan xanım kimi gənclərlə öz təcrübələrinizi bölüşürsünüzmü?
- Konqresimizdə gənclər çox fəaldırlar. Onlar bu ölkənin dilini daha dərindən və səlis bildikləri üçün yazdıqları bəyannamələr və bizim təcrübəmiz diaspor işində çox məhsuldar nəticələr verir. Gənclərimizdən Belçika Universitetində təhsil alan Musa Pünhan Benilüks ölkələri üzrə gənclərin koordinasiya şurasının rəhbəridir. Bu ölkələrdə Azərbaycana qarşı hazırlanan haqsız ittihamlara, informasiyalara tez reaksiya verib onu mediada da işıqlandırır. Gənclərimizdən Səid, Cavad Əhmədovlar, Ramil İbrahimov, Nasir Mahmudov, Elza Bəydəmirova çox fəaldırlar. Onları hər zaman dəstəkləyib, təcrübəmizi bölüşürük.
- Qərib diyardan Vətənimizin sosial-iqtisadi inkişafı, ümumiyyətlə, hər bir uğurumuz necə görünür?
- Vətənimizin hər bir uğuru bizi sevindirir və qürur hissi yaşadır. Qürbətdə Vətən daha sevimli, daha əziz olur. Təsadüfi deyil ki, bütün Avropa ölkələrinin qapıları üzümüzə açıq olmasına baxmayaraq, həmvətənlərimiz hər il doğma yurda getməyi, ziyarət etməyi üstün tuturlar. Artıq Azərbaycan Niderland Krallığında tanınır, əgər bu müqəddəs işdə mənim və üzvü olduğum təşkilatın zərrə qədər əməyi varsa, özümü çox xoşbəxt sanaram. Diasporla İş üzrə Dövlət Komitəsinin buraxdığı ensiklopediyada mənim və cəmiyyətimin adı keçir. Bəzən nəvələrimlə o kitabı vərəqləyərkən azərbaycanlı olduğum üçün, vətənimi tanıtmaq üçün verdiyim əməyimə görə qürur hissi yaşayıram.
Onu da deyim ki, mən burada yaddaş problemləri olan insanlar üçün proqram tərtib edib, həyata keçirirəm. Bir iqtisadçı üçün əks sənət olsa belə, gördüyüm işlər insanlara yaddaş, gülüş bəxş edir və mən də məmnun oluram.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info