Gənclər təşkilatlarının beynəlxalq layihələri maliyyələşdiriləcək
Tarix: 10.02.2014 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbələr Birliyinin və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda “Erasmus+” proqramının təqdimatı keçirilib. Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək “Erasmus+” proqramının Azərbaycan gənclər təşkilatları üçün əhəmiyyətindən danışıb. O, Avropa strukturlarının həyata keçirdikləri layihələri və azərbaycanlı gənclər üçün yaradılmış bu cür imkanları müsbət hal kimi dəyərləndirib.
Ölkəmizdə gənclər siyasətinin uğurla aparıldığını diqqətə çatdıran natiq böyük potensiala malik azərbaycanlı gəncləri cəmiyyətimizin bütün sahələrində daha fəal olmağa çağırıb. Respublikamızda gənclər təşkilatları üçün hər cür şəraitin yaradıldığını söyləyən Fərhad Hacıyev bu sahədə Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin və Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Avropa strukturları ilə əməkdaşlığın müsbət keyfiyyətlərindən danışan natiq vurğulayıb ki, Azərbaycanın gənclər təşkilatları bir neçə il mütəmadi surətdə Avropa Şurasının qrant layihələrinin qalibi olublar. İcraçı direktor Gənclər Fondunun bu ildən Azərbaycan gənclər təşkilatları üçün yeni struktur qrantlarının veriləcəyini də diqqətə çatdırıb. Bildirib ki, gənclər təşkilatlarının strukturunun gücləndirilməsi, inzibati xərclərinin ödənilməsi üçün xüsusi kateqoriya tətbiq edilib. Bu kateqoriya çərçivəsində gənclər təşkilatları üçün qrantların maliyyələşdirilməsi nəzərdə tutulub. Bu struktur qrantlarının əsas şərtlərindən biri də ondan ibarətdir ki, həmin kateqoriyaya müraciət edən təşkilatın beynəlxalq təcrübəsi olmalıdır. O, bu sahədə “Erasmus+” proqramının gənclər təşkilatlarına dəstək istiqamətlərini xüsusilə qeyd edib, gənclərimizi beynəlxalq təcrübələrdən və imkanlardan yaralanmağa çağırıb. Təqdimat mərasimində Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov çıxış edərək “Erasmus+” proqramının ölkəmizin gənclər təşkilatları üçün əhəmiyyətindən söhbət açıb. O, Avropa Komissiyasının (AK) 2014-2020-ci illəri əhatə edəcək bu proqramının Azərbaycanın gənclər təşkilatları tərəfindən təşkil edilmiş beynəlxalq tədbirlərin maliyyə davamlılığının təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib. Qeyd edib ki, həmçinin proqram çərçivəsində Azərbaycan həqiqətlərinin mütəmadi surətdə avropalı gənclərə vaxtında və düzgün çatdırılması təmin oluna bilər. Tədbirdə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin gənclər sahəsində eksperti Maksymilian Fras AK-nın 2014-2020-ci illəri əhatə edəcək “Erasmus+” proqramının fəaliyyət istiqamətləri, layihənin mümkün perspektivləri və Azərbaycan gənclər təşkilatlarının proqram çərçivəsində əldə edə biləcəyi imkanlar barədə ətraflı məlumat verib. Həmçinin layihənin Azərbaycan gənclər təşkilatları ilə əlaqələrin yaradılması və gələcəkdə müxtəlif birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətindən danışıb. Təqdimat mərasimində “Erasmus+” proqramının icrasını müzakirə etmək üçün İtaliya, Hollandiya, Litva, Ukrayna, Gürcüstan və Türkiyədən ən fəal gənclər təşkilatlarının rəhbərləri də iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info