Rusiyanın yeni miqrasiya siyasəti
Tarix: 10.02.2014 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Bütün dünyada olduğu kimi, Rusiyada da daxili və xarici miqrasiya olduqca mühüm proseslərdəndir. Ölkədə kəskin demoqrafik böhran şəraitində bu proseslər daha çox aktuallıq kəsb edir. Müxtəlif hesablamalara görə, 2050-ci ilədək Rusiya əhalisinin sayı 20 faiz azalaraq, 112-119 milyon nəfər təşkil edəcək. Deməli, Rusiya yaxın gələcəkdə əməkqabiliyyətli əhalinin çatışmazlığı problemi ilə
üzləşə bilər.

Dünya Bankının məlumatına əsasən, miqrantların sayına görə Rusiya dünyada ABŞ-dan sonra ikinci yeri tutur. Bu ölkədəki 12 milyondan çox miqrantın əksəriyyəti qeyri-leqal şəraitdə yaşayır. Yerli mənbələrin məlumatına görə, Rusiyada olan 11,1 milyon əcnəbinin yalnız 1,8 milyonunun işləmək üçün icazəsi və ya patenti var. Əmək miqrantlarının 40 faizi tikinti, 30 faizi ticarət, 10 faizi istehsalat, 7 faizi kənd təsərrüfatı, 13 faizi digər sahələrdə çalışır. Rusiya hökuməti artıq bir neçə ildir ki, miqrasiya qanunlarının sərtləşdirilməsi istiqamətində iş aparır. Məlum Birülyov hadisələrindən sonra bu proses daha da sürətləndirilib. Hətta keçmiş MDB respublikaları ilə viza rejiminin tətbiqi məsələsi gündəmə çıxarılıb. Ekspertlər Rusiya miqrasiya qanunlarının sərtləşdirilməsi səbəblərindən birini onun Avropa İttifaqı ilə viza rejiminin ləğvi ilə bağlı apardığı danışıqlarla əlaqələndirirlər. Danışıqların müsbət nəticələnməsi üçün MDB ölkələri ilə sərhədlərə nəzarətin gücləndirilməsi, qeyri-leqal miqrasiya ilə mübarizə vacib şərtlərdəndir. Digər səbəbin Avrasiya məkanına inteqrasiya prosesləri ilə bağlı olduğu deyilir. 2015-ci ildən Avrasiya İqtisadi Birliyinin daha mükəmməl şəkildə fəaliyyətə başlayacağı güman olunur. Məsələn, Gömrük İttifaqı ölkələrinin vətəndaşları üçün məhdudiyyətlərin götürülməsi planlaşdırılır. Analitiklərin müşahidələrinə görə, miqrasiya qaydalarının kəskinləşdirilməsi bir çox hallarda qeyri-leqal miqrantların sayının artmasına gətirib çıxarır. Belə ki, statusunu leqallaşdırmaq arzusunda olan qeyri-leqal miqrantlar kəskin şərtlərdən çəkinərək sənədlərini rəsmiləşdirməyə cəhd göstərmirlər. Rusiyada miqrantların mənşəyi də Avropa və ABŞ-dakından fərqlidir. Belə ki, bir çox hallarda Rusiyaya gələn miqrantlar elə bu ölkədə quruculuq işlərində fəal iştirak etmiş keçmiş SSRİ respublikaları vətəndaşlarının övladlarıdır. Bəs, 2014-cü ildən Rusiya Federal Miqrasiya Xidməti əcnəbilərlə bağlı hansı yeni miqrasiya qaydaları tətbiq edir? Bu ildən etibarən əcnəbi vətəndaş Rusiya ərazisində 6 ay ərzində yalnız 90 gün qala bilər. İndiyədək qeyri-leqal miqrantlar 90 günün tamamında ölkəni tərk edib dərhal da geri qayıdırdılar. Bununla Rusiyada daha 90 gün qalmaq hüququ qazanmaq mümkün idi. Eyni zamanda, yeni qaydalara əsasən sərhədi keçərkən işləmək niyyətində olduğunu göstərməyən əcnəbi vətəndaşa işləmək üçün icazə verilməyəcək. Miqrasiya qaydalarını pozan, habelə bir il ərzində iki və daha artıq inzibati qanun pozuntusuna yol verən əcnəbi vətəndaşlara 3-5 il müddətində bu ölkəyə gəlmək qadağan oluna bilər. İşləmək istəyən əcnəbi vətəndaş Federal Miqrasiya Xidmətinin ərazi orqanına narkomaniyadan və RF hökumətinin tərtib etdiyi siyahıda göstərilən yoluxucu xəstəliklərdən əziyyət çəkmədiyi barədə də arayış təqdim etməlidir. Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə Federal Miqrasiya Xidməti aprelin 2-dək hüquqi şəxslərin və fərdi sahibkarların əcnəbiləri patent əsasında əmək fəaliyyətinə cəlb etməsinə dair qanun layihəsi işləyib hazırlamalıdır. Əcnəbi vətəndaşa verilən patent yalnız bir regionun ərazisində qüvvədə olacaq və patentin qiyməti də həmin region tərəfindən müəyyən ediləcək. 2014-cü ildə Rusiya hökuməti əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin RF ərazisində müvəqqəti yaşamasına 95,8 min icazə üçün kvota ayırıb. Ən çox kvotanı (7 min) Moskva vilayəti alıb. 2015-ci ildən isə işləməyə və ya müvəqqəti yaşamağa icazə, əmək patenti almaq istəyən hər bir miqrant Rusiya tarixi, rus dili və ölkə qanunvericiliyinin əsaslarından imtahan verməlidir. Bundan əlavə, yaradılacaq xüsusi mərkəzlər bu cür vətəndaşların ixtisas səviyyəsinin təsdiqi ilə məşğul olacaqlar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info