Ermənistan Miqrasiya Xidməti: “Ermənistanı ailələrlə tərk edənlərin sayı artıb”
Tarix: 10.02.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


“News.am” saytı yazır ki, Ermənistanı insanlar artıq ailələrlə kütləvi şəkildə tərk etməyə başlayıblar. Bu barədə Ermənistan Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bildirib. O, Orinaç yerkir partiyasının qərargahında keçirilmiş, Ermənistandan emiqrasiya məsələlərinə və problemlərinə həsr olunmuş müzakirədə bu barədə fikirlərini çatdırıb. Ermənistran Miqrasiya Xidmətinin rəisi deyib ki, bir neçə il öncə miqrasiyanın 40 faizi ailələrlə birlikdə baş verib: “İndi isə bu göstərici 60 faizə yüksəlib”.
Orinaç yerkir partiyasından olan deputat Ovanes Markaryanın sualına cavab verərkən, Qaqik Ueqanyan bildirib ki, Ermənistan hökuməti Rusiyadakı həmkarları ilə Rusiyaya girmə və Rusiyadan çıxma ilə bağlı qanuna və Rusiyadakı əcnəbilərin hüquqi statusu ilə bağlı qanuna dəyişikliklər edilməsi barədə razılığa gələ bilər: “Məsələn, Ermənistan vətəndaşı əmək müqaviləsinin olmaması səbəbindən deportasiyaya məruz qalır. Bəs, onun uşaqları qanuni olaraq məktəbə gedirlərsə, onların bundan sonra təhsili davam etdirmələrinə hüquqları olacaqmı? Bu məsələ ailənin xəstə üzvlərinə də şamil oluna bilər ki, onlar belə hallarda müalicələrini Rusiyada davam etdirə biləcəklərmi? Fikirləşirəm ki, Ermənistanın müəyyən kateqoriyaya mənsub, hətta əmək müqaviləsiz çalışan vətəndaşları qanunun fəaliyyətindən azad edilə bilərlər”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info