Təbrizdə Naxçıvan Muxtar Respublikasının yubileyi ilə bağlı tədbirlər
Tarix: 11.02.2014 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası-90” adlı konfrans və rəsmi qəbul təşkil edib.
Baş konsulluqdan bildiriblər ki, konfransda əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmiş, tədbirlərin məqsədi barədə iştirakçılara məlumat verilib.
Sonra baş konsul Əli Əlizadə məruzə ilə çıxış etmiş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğunu nəzərə alaraq Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzaladığını bildirib. Əli Əlizadə Naxçıvanın tarixən keçdiyi çətin sınaqlarla dolu mürəkkəb və şərəfli yoldan söz açıb, 1918-1924-cü illərdə ermənilərin Azərbaycan əhalisinə, o cümlədən naxçıvanlılara qarşı davam etdirdiyi soyqırımları, Naxçıvan diyarının Ermənistana ilhaq edilməsi cəhdləri, Azərbaycanın qədim diyarı olan Naxçıvanda muxtar respublikanın yaradılmasının tarixi-siyasi əsasları və əhəmiyyəti, Moskva və Qars müqavilələri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli qərarı barədə iştirakçılara məlumat verib. Baş konsul Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda işləməsinin Naxçıvanın bugünkü mövcudluğuna və inkişafına şərait yaratdığını, həmin dövrdə Ulu Öndərin təşəbbüsü ilə qəbul olunmuş bir sıra qərarların sonradan Azərbaycanın da müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin çiçəklənməsində əvəzsiz rola malik olduğunu qeyd edib. Baş konsul Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə əsasını qoyduğu Azərbaycan-İran əlaqələrindən, hər iki ölkənin rəhbərlərinin iradələri ilə bu əlaqələrin hazırkı inkişafından və muxtar respublikanın İran İslam Respublikasının sərhəd vilayətləri ilə əməkdaşlığından söhbət açıb.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, Naxçıvan Ali Məclisinin deputatı, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli çıxış etmiş, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası haqqında məlumat verib, muxtar respublikanın yaranmasının tarixi-siyasi əsaslarından, Naxçıvan əhalisinin erməni daşnaklarına qarşı mübarizəsindən, bir sıra xarici güclərin himayəsi ilə Azərbaycanın İrəvan, Zəngəzur kimi tarixi yurdlarının Ermənistana birləşdirilməsindən, bu planlar çərçivəsində Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın hazırkı blokada vəziyyətinə salınmasından, ümummilli lider Heydər Əliyevin Naxçıvandakı həyat və fəaliyyətindən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İranla səmərəli əlaqələrindən söhbət açıb.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin şimal-qərb nümayəndəliyinin rəhbəri Seyid Əhməd Neməti konfransda çıxış edərək İran ilə Azərbaycanın tarixi, mədəni, dini və digər ortaqlıqlarından, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra İran tərəfindən tez bir zamanda rəsmi olaraq tanınmasından, İran İslam Respublikasının hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bəyan etməsindən, İranın Azərbaycan ilə, xüsusilə də İran və onun Şərqi Azərbaycan Vilayətinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığından bəhs etmiş, yubileylə bağlı təbriklərini çatdırıb.
Daha sonra “Naxçıvan: İnkişafın qürur doğuran səhifələri” adlı film nümayiş olunub.
Konfrans başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar rəsmi qəbul təşkil edilib.
Rəsmi qəbulda “5000 ilin Naxçıvanı” adlı videoçarx nümayiş olunmuş, Azərbaycan xalq mahnıları və musiqiləri səsləndirilib, iştirakçılar zəngin mətbəximizin təamlarına qonaq ediliblər.
Konfransda İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin şimal-qərb nümayəndəliyinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan valiliyinin aparatının rəhbəri və vilayətin bəzi digər orqanlarının rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və konsulluğun əməkdaşları, şəhər ictimaiyyətin nümayəndələri, eləcə də Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak esiblər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info