Z.Əsgərov: “Şahdəniz-2“ layihəsi Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayacaq”
Tarix: 11.02.2014 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 3-cü iclasında çıxışı zamanı Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib ki, TÜRKPA-nın gələcəyinə hər birimizdə böyük əminlik var: “Hesab edirik ki, bu qurum fəaliyyətqabiliyyətli təşkilata çevriləcək və artıq çevrilməkdədir. İnanırıq ki, TÜRKPA bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verən və türk dünyasının səsini bütün dünyaya çatdıran təşkilata çevrilə biləcək". Onun sözlərinə görə, TÜRKPA hazırda bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi qismində iştirak edir. İclasın gündəliyinə nəqliyyatla bağlı məsələnin təsadüfdən salınmadığını bildirən I vitse-spiker bu ilin sonu, gələn ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolunun artıq fəaliyyətə başlayacağını bildirib. O, qeyd edib ki, bu, təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətlərin yaxınlaşmasına kömək edən mühüm layihədir.
Onun sözlərinə görə, bundan əlavə, "Şahdəniz-2" layihəsi həm Azərbaycan qazının, həm də gələcəkdə Orta Asiya ölkələrinin neft-qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynayacaq: "Bu, o deməkdir ki, nəqliyyat lokomotivinin əsas hissəsi türk dünyasının payına düşür. Düzdür, ötən əsrin əvvəlllərində Zəngəzur mahalının Azərbaycandan alınaraq Ermənistana verilməsi türk dünyasının arasını coğrafi baxımdan kəsdi. Buna baxmayaraq, bu coğrafi baryerləri də aşıb keçəcəyik. Arzu edərdim ki, bu məsələdə Orta Asiya ölkləri daha fəal olsunlar ki, qarşıya qoyulan məqsədə nail olaq. Bizi birləşdirən təkcə nəqliyyat coğrafiyası deyil, tariximiz, mədəniyyətimizdir. Bu baxımdan bu iclasın böyük əhəmiyyəti var. İnanıram ki, bu iclasda qəbul edilən qərarlar da türk dünyasının inkişafına töhfə verəcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info