Tovuzda “VIII möcüzə – liderlik məktəbi” layihəsinin təqdimatı olub
Tarix: 11.02.2014 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə fevralın 16-dək Tovuzda həyata keçirəcəyi “VIII möcüzə – liderlik məktəbi” layihəsinin təqdimatı olub.
ATGTİ-nin mətbuat xidmətindən bildiriblər ki, təqdimat mərasimində iştirakçılara layihə barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, indiyədək ATGTİ-nin Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, və Xaçmazda reallaşdırdığı liderlik məktəblərində 700-dən çox tələbə iştirak edib. Son “VII liderlik məktəbi -Nəqşicahan” isə Naxçıvanda həyata keçirilmiş ən böyük layihələrdən biridir.
Mərasimdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayilov bildirib ki, layihənin həyata keçirilməsi üçün Tovuzun seçilməsi təsadüfi deyil. Bu, son vaxtlar Tovuzun cəbhə bölgəsi ərazilərində gərginliyin yaşanması ilə bağlıdır. O deyib ki, layihə çərçivəsində hərbi hissələrə səfərlər də təşkil olunacaq.
Təqdimat mərasimində çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova layihənin iştirakçılarına uğurlar arzulayıb.
Tovuz Rayon Gənclər və İdman İdarəsinin sədri Sahib Ələsgərov isə ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən və bu sahədə rayonda görülən işlərdən söz açıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info