Yaponiyada Dövlətçilik Günü qeyd olunur
Tarix: 11.02.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Fevralın 11-də Yaponiyada Dövlətçilik Günü - Kenkoku Kinen-no Hi qeyd olunur.
“Milli bayramlar haqqında” qanuna əsasən həmin günün şüarı “Milli dövlətçilik tarixini xatırla, Vətənini sevən ürək tərbiyə et!” kimi müəyyən edilib.
Naranın hakimiyyəti (710-794-cü illər) dövründən başlayaraq Yaponiya dövlətinin salnaməsinin əks olunduğu “Yaponiya tarixinin kitabı”nda qeyd edilib ki, ölkədə ilk imperator Gimmunun hakimiyyətə gəldiyi tarix yapon dövlətçiliyinin əsası qoyulduğu gündür. Milad tarixi ilə götürdükdə bu, eramızdan əvvəl 660-cı il fevralın 11-nə təsadüf edir. Yaponiyanın ilk imperatoru eramızdan əvvəl 660-585-ci illərdə hakimiyyətdə olub. Yaponiya hökmdarlarının adları məhz həmin dövrdən sonra ardıcıllıqla düzülüb.
Yaponiyada dövlətçilik günü 1966-cı ildə milli bayramlar siyahısına daxil edilmiş və 1967-ci ildən başlayaraq qeyd edilir.
Ölkənin siyasi dairələrində bayramın adına münasibət birmənalı deyil. Bu gün də bayramın adının tərəfdarları ilə həmin adın əleyhinə olanlar müxtəlif dairələrdə cəmiyyəti narahat edən bu məsələnin müzakirələrini davam etdirirlər. Müzakirələrə baxmayaraq, bayram yapon təqvimində xüsusi yer tutur. Yaponlar bu bayramı yüksək səviyyədə qeyd edirlər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info