Şura “Hüquq və monitorinq” komissiyası yaratdı
Tarix: 11.02.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
İclasda çıxış edən Şura sədri Azay Quliyev təmsil etdiyi qurumun təşəbbüsü ilə bir neçə gün öncə Milli Məclisin 17 dekabr 2013-cü ildə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara etdiyi əlavə və dəyişikliklərin MM, Ədliyyə nazirliyi, beynəlxalq təşkilatlar və dəyişikliklərdən narazı qalan QHT-lərin nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edildiyini bildirib. Azay Quliyev qarşılıqlı anlaşma şəraitində keçən görüşdə qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına, QHT-lərin inkişafına, mövcud boşluqların aradan qaldırılmasına xidmət etməsi ilə bağlı ortaq rəyə gəlindiyini qeyd edib.
Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, qeyd olunan tədbirdə qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində "Hüquq və monitorinq" komissiyasının yaradılması qərara alınmışdır. Həmin təklif iclasda müzakirə olunduqdan sonra qərara alınıb ki, qanunvericiliyə edilən əlavə və dəyişikliklərin icrasına ictimai nəzarəti təmin etmək məqsədi ilə Şuranın “Hüquq və monitorinq” komissiyası yaradılsın və qurumun işinin təşkili Əliməmməd Nuriyevə həvalə edilsin.
Komissiyanın tərkibi aşağıdakı kimidir: Əliməmməd Nuriyev- “Konstitusiya” Araşdırmalar Fondunun sədri,
Sahib Məmmədov - “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın sədri, Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, Məhəmməd Quluzadə - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə tərəfdaşı olan Qeyri kommersiya hüququ üzrə beynəlxalq mərkəzinin baş məsləhətçisi, Sabit Bağırov- İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, Hafiz Həsənov- Hüquq və İnkişaf” İctimai Birliyinin sədri, Fərid Rüstəmov- Katibliyin baş məsləhətçisi, hüquqşünas.
İclasda QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən dəyişiklik və əlavələrlə bağlı məlumatlandırma tədbirləri keçirməsinə ehtiyac duyulduğunu nəzərə alaraq Şuranın “hüquq və monitorinq” komissiyasının bununla bağlı paytaxtda və regionlarda maarifləndirici sessiyalar keçirməsi və müvafiq metodik vəsait hazırlaması haqqında da qərar qəbul olunub.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info