Qaradağda yeni Neft Emalı Zavodu tikiləcək
Tarix: 11.02.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


“Neft Emalı Zavodu ölkədə benzinə olan tələbatı ödəmir”.Bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, il ərzində respublikada benzinə olan tələbat 10-11 % civarında artır: “Heydər Əliyev adına Neft Emalı Zavodu benzina olan tələbatı ödəyə bilmir. İl ərzində respublikada benzinə olan tələbat 10-11 % civarında artır. Heç bir zavod bu tələbata tab gətirə bilməz. Yəqin ki, bu da ölkədə inkişafın, artımın olduğundan xəbər verir”.
ARDNŞ-nin prezidenti benzinə olan tələbatı ödəyə bilmək üçün zavodlarda genişləndirmə işlərinin aparılacağını deyib: “Qaradağda bu ilk növbədə qaz emalı zavodunun tikintisinə başlayacağıq. Daha sonra qaz kimya zavodlarının tikintisi və həmin dövrdə neft emalı zavodunun tikintisinə başlayacağıq. Bu çox böyük proyektdir və bu ildən başlayaraq 2023-cü ilə qədər davam edəcək. Bu işlərin həyata keçirilməsi Azərbaycanda 2023-2025-ci ilə kimi benzinə olan təlabatın ödənilməsinə imkan verəcək. Benzinin keyfiyyəti problemili məsələ deyil. Çünki Azərbaycan neftinin tərkibində kükürd azdır. Bu da bizə geniş imkanlar yaradır. Amma buna baxmayaraq benzinin keyfiyyətinin Avro 4 standartlarına uyğunlaşdırılması ilə bağlı işlər gedir”.
Günəş




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info