Ağcabədidə uşaq bağçası istifadəyə verilib
Tarix: 11.02.2014 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Ağcabədi şəhərində dövlət vəsaiti hesabına inşa edilən 8 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə ölkəmizdə uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsinin, onların hərtərəfli qayğı ilə əhatə olunmasının, balacalar üçün zəruri şəraitin yaradılmasının, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşmasının Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsipləri olduğu vurğulanıb. Bildirilib ki, ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəb binaları tikilir və əsaslı şəkildə yenidən qurulur.
Diqqətə çatdırılıb ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi şəhərində də yeni inşa olunan uşaq bağçası bu sahədə aparılan islahatların növbəti əyani nümunəsidir.
Çıxış edən ictimaiyyət nümayəndələri və valideynlər göstərilən qayğıya görə ölkə rəhbərliyinə və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə uşaqların ifasında musiqi nömrələri və səhnəciklər təqdim edilib.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.
“Xumar-98” firması tərəfindən inşa olunub, bütün infrastruktura malik 150 yerlik uşaq bağçası lazımi avadanlıqla və istilik sistemi ilə təchiz edilib. İkimərtəbəli binada musiqi zalı, tərbiyəçi-metodist, tibb, məşğələ, yemək, yataq və digər otaqlar, mətbəx, təsərrüfat və ərzaq anbarları yaradılıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info