Saxta yolla ünvanlı sosial yardımlar verilməsinin qarşısı alınır
Tarix: 11.02.2014 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycanda saxta yollarla ünvanlı sosial yardım alanlarla bağlı aparılan araşdırmalar zamanı 150 min manat məbləğində vəsait büdcəyə qaytarılıb. Bu fakt Ağdam rayonunda aşkarlanıb və 86 nəfərin həqiqətən qeyri-qanuni ünvanlı sosial yardım aldığı müəyyənləşdirilib. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, Azərbaycanda ünvanlı sosial yardım alanların tam siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilib: “Artıq bir sıra insanlar buna reaksiya veriblər. Belə ki, onların adları siyahıda olduğu halda heç bir yardım almayıblar və onlara ayrılan yardım başqaları tərəfindən mənimsənilib. Artıq buna görə məsuliyyət daşıyan şəxslər barəsində lazımi məlumatlar toplanılıb və yaxın vaxtlarda Respublika Prokurorluğuna təqdim olunacaq”. Nazir əlavə edib ki, bu məsələ ilə bağlı digər rayonlar üzrə də məlumatlar daxil olur və Nazirlik lazımi yoxlamalar aparır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
22.05.2019
Ombudsman aparatının nümayəndələri döyüş bölgəsindəki hərbi hissədə olublar
22.05.2019
“Bakcell” qadınların məşğulluğunun artırılmasına dəstək göstərir
22.05.2019
“Vəkillik etikası: müasir çağırışlar” başlığı altında elmi-praktik seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info