Qusar turizm mərkəzinə çevrilir
Tarix: 11.02.2014 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


2013-cü ildə Qusar rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və Prezidentin Nazirlər Kabinetinin 2014-cü il 9 yanvar tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş hesabat yığıncağı
keçirilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2013-cü ildə rayonda nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Məruzədə qeyd olunub ki, dövlət başçısının təşəbbüsü ilə Şahdağ qış-yay turizm kompleksinin inşası Qusarı ölkənin turizm mərkəzinə çevirib və bu, rayonun sosial-iqtisadi inkişafı üçün yeni perspektivlər vəd edir. 2013–cü il dekabr ayının 19-da Prezident İlham Əliyevin iştirakı ilə “Şahdağ” Qış-Yay Turizm Kompleksində “Pik Palas” və “Şahdağ” otellərinin açılışı olub. Kompleksin inşası ölkəmizdə turizmin inkişafına mühüm töhfə olmaqla yanaşı, eyni zamanda Azərbaycanın tanıdılması, qədim tariximizin, mədəniyyətimizin təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Diqqətə çatdırılıb ki, rayonda qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə hesabat ilində xeyli iş görülüb. Samur qəsəbəsinin və İmamqulukənd kəndinin bir sıra məhəllələri qazlaşdırılıb, Gedəzeyxur, Balaqusar, Həsənqala, Çiləgir və Əvəcuq kəndlərində müxtəlif diametrli borularla 10 min metr uzunluğunda qaz xətləri çəkilib. Həmçinin Qusar şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Qusarçayda suqəbuledici qurğu inşa edilib, şəhərin üç yerində hər birinin tutumu 500 ton olan 6 ədəd su anbarı tikilib. Ötən il məktəb tikintisi sahəsində də mühüm işlər görülüb. Rayonun Çiləgir, Zindan Muruq, Həsənqala, Köhnə Xudat (qazmalar), Ukur, Düztahir, Bədişqala və Piral kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilib. Hazırda kəndlərdə daha 10 məktəbin tikintisi davam etdirilir. Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Azər Badamov çıxış edərək 2013-cü ildə respublikada görülən işlərdən və əldə edilən uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıblar.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info