Həsən Ruhani: “İran yekun razılaşma üçün “altılıq” ölkələri ilə danışıqlara hazırdır”
Tarix: 11.02.2014 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


“İran nüvə məsələsində ümumi razılığa nail olmaq üçün “altılıq” ölkələri ilə danışıqlara hazırdır”. Bunu İran prezidenti Həsən Ruhani Tehranda akkreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatları və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşündə bildirib. Onun sözlərinə görə, fevralın 18-də İran Xarici İşlər Nazirliyi və nümayəndələri “altılıq” ölkələri ilə nüvə məsələsində yekun razılaşmanın əldə olunması üçün müzakirələrə başlayacaq:
“Biz ilk addımın atılmasında olduğu kimi, bu məsələdə də ciddiyik. Ölkəmizin qapıları Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) üçün açıqdır. Hətta AEBA İdarə Heyəti 2004-cü ilin noyabrında İranın nüvə proqramında heç bir kənarlaşmanın olmadığını yekdilliklə bəyan edib. Belə ki, agentlik müfəttişlərinin dəfələrlə təkrarladığı minlərlə saatlıq təftişdən sonra nüvə proqramımızda heç bir kənarlaşma faktı müşahidə olunmadı. İran öz qapılarını beynəlxalq qaydalar və AEBA-nın Nizamnaməsi çərçivəsində açıq buraxmağa hazırdır”. H.Ruhani deyib ki, İranın bəzi böyük beynəlxalq şirkətlərlə müqaviləsi var: “Biz iqtisadi sahədə bütün ölkələrlə əməkdaşlıq etməyə hazırıq. Xarici şirkətlər üçün İranda işləmək maraqlı olar. Çünki zəngin resurslar, savadlı gənclər əməkdaşlıq, iqtisadi fəaliyyət üçün hazırdır. Biz bu gün bu sahədə tam hazır vəziyyətdəyik və bəzi müxalif mövqelərin mövcudluğuna baxmayaraq, müəyyən böyük beynəlxalq şirkətlərlə müqaviləmizin olması sevindirici haldır. Siz bunun nəticələrini daha sonra görəcəksiniz. Biz bütün ölkələrlə daha sıx əlaqələr quracağıq”. İran prezidenti həmçinin vurğulayıb ki, son altı ay ərzində İranın xarici ölkələrlə əlaqələrində yeni tendensiya müşahidə olunur: “Biz qarşılıqlı hörmət və bütün ölkələrin ümumi maraqları çərçivəsində Asiya Afrika, Avropa və Amerika ölkələri ilə daha yaxşı əlaqələr qurmağa hazırıq. Hətta xalqımız nə ABŞ, nə də Avropanın bəzi ölkələrinin keçmişinə baxmayacaq. Ancaq bu gün və gələcəkdə İran xalqı ilə davranış tərzi keçmişdəkindən fərqli olmalıdır”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info