Suriya müxalifəti Cenevrədəki danışıqlardan imtina edə bilər
Tarix: 11.02.2014 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


İsveçrədə Suriyadakı vəziyyətlə əlaqədar sülh danışıqları davam edir. Masa arxasında münaqişə tərəfləri - hakimiyyət orqanları nümayəndələri ilə müxalifət nümayəndələri əyləşsə də, hələ ki aralarındakı dialoq sakit məcraya gələ bilmir.
Biri-biri ilə əl tutmaqdan və birbaşa danışıqdan imtina edən tərəflər, daha sonra danışıq üçün ayrı-ayrı otaqlar tələb ediblər. Qarşılıqlı anlaşılmazlıqlarla müşahidə edilən danışıqlara müxalifət nümayəndə heyətinin üzvü Luey Safi reaksiya verərək bildirib ki, danışıqlarda konkret nəticələr əldə edilməyəcəyi halda, müxalifət tərəfi Cenevrəni tərk edəcək. “İnterfaks” agentliyi bildirir ki, əgər danışıqlarda hər hansı bir tərəqqi müşahidə edilməsə, üçüncü dövr, sadəcə olaraq, vaxt itkisi ilə müşahidə olunacaq.
Qeyd edək ki, yanvarın 31-də başa çatan danışıqların birinci dövrü uğursuzluqlarla müşahidə olunub. Müzakirə üçün əsas maneə tərəflərin münaqişəyə müxtəlif məqsədlə yanaşmaları olub. Belə ki, rəsmi Dəməşq, əsasən, ölkədə terrorun kökünü kəsmək üçün yollar axtardığını bəyan etsə də, müxalifət nümayəndələri keçid hakimiyyəti ideyası ilə çıxış edirlər. Bu da hazırkı prezident Bəşər Əsədin hakimiyyətdən məhrum edilməsinə gətirib çıxarır.
Lakin müşahidəçilər tərəflərin eyni danışıqlar masası arxasında əyləşməsinin də irəliyə doğru uğurlu addım olduğunu qeyd edirlər. Bundan əlavə, tərəflər Homs şəhərinin köhnə mərhələlərində müvəqqəti barışıq əldə etməyə nail olublar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info