“Xarici ölkələrdən ilboyu turist axınını təmin edə bilərik”
Tarix: 11.02.2014 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Bahadur Bilalov: “Turizm komplekslərimiz haqqında informasiyanı xarici turistlərə çatdırmalıyıq. Turizm şirkətləri, həmçinin bu komplekslərin özləri də xaricdə reklam kampaniyaları təşkil
etməlidir”


Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bu gün ölkədə turizmin inkişafı istiqamətində mühüm addımların atıldığını bildirib. Bölgələrin turizm potensialının böyüdüyünü və gücləndiyini deyən ölkə başçısı daxili turizmlə yanaşı, xarici turizmin də inkişafının vacibliyini qeyd edib. Ölkədə turizmin inkişafı və bu sektorda həlli vacib məsələlərlə bağlı Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovla söhbətləşdik:

-Ölkə başçısı bildirib ki, daxili turizm artmaqdadır, amma xarici turizm istədiyimiz səviyyədə deyil. Sizcə bu səviyyəni əldə etmək üçün hansı addımların atılması vacibdir?
- Ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində böyük potensiala malik turizm sürətlə inkişaf etməkdədir. Digər tərəfdən iqtisadiyyatımızın sürətli inkişafı vətəndaşlarımızın maddi rifahının yaxşılaşmasına səbəb olur ki, bu da onlara xarici ölkələrdə istirahət etmək üçün zəmin yaradır. Məsələ burasındadır ki, Azərbaycan hər il qəbul etdiyi turistlərin sayından təxminən 3 dəfədən çox xaricə turist göndərir. Bu isə təbii ki, turizm sənayesində mənfi saldo yaradır. Son zamanlar istirahət mərkəzlərinin sayının gündən-günə artması möhtərəm Prezidentin qeyd etdiyi kimi daxili turistlərin sayının əvvəlki illərlə müqayisədə artmasına səbəb olub. Bu müsbət haldır. İş burasındadır ki, xarici turizmin inkişafı daxili turizmlə sıx bağlıdır. Belə ki, yerli turistlə işləyən personal təcrübə toplayır və xarici turistlərə yüksək keyfiyyətli xidmət göstərə bilir. Fikrimcə, ölkəyə gələn turistlərin sayının kəskin artırılması üçün kompleks tədbirlərin görülməsi vacibdir. Birincisi, məlumdur ki, ölkəmizdə turizm məhsulunun qiyməti qonşularımızla müqayisədə bahadır. Mütləq bu məsələ həll edilməlidir, bunun üçün 2-3 ulduzlu otellərin inşası stimullaşdırılmalı, milli aviadaşıyıcımız olan AZAL-ın Avropaya reyslərinin qiymətində endirimlər edilməlidir. İkincisi, ölkəyə turist gətirən turizm şirkətlərinə müəyyən vergi güzəştləri tətbiq edilməli, onlar üçün stimullaşdırıcı proqramlar təşkil edilməlidir. Üçüncüsü, ölkəyə turist gətirməklə məşğul olan bütün turizm şirkətlərinə, xarici turistlər üçün nəzərdə tutulan elektron vizaların rəsmiləşdirilməsi hüququ verilməlidir. Dördüncüsü, bütün sərhəd-keçid məntəqələrimizdə ölkəyə gələn turistlərə münasibət kökündən dəyişilməli, onlara ölkə Prezidentinin şəxsi qonağı kimi münasibət göstərilməlidir.
- Bu gün ölkədə “Şahdağ” dağ-xizək kompleksi, “Tufandağ” xizək mərkəzi kimi turizm zonaları yaradılıb. Turistlərin cəlbində bu kimi zonalardan necə daha faydalı istifadə etmək, yararlanmaq olar?
- Bu zonaların yaradılması möhtərəm Prezidentin şəxsi təşəbbüsü ilə reallaşıb və ölkəmizdə qeyri-neft sektorunda turizmin prioritet sahə kimi qəbul edilməsinin bariz nümunəsidir. İki il əvvəl ölkə turizmi yalnız yay mövsümündə fəallaşırdı, artıq qış turizmindən istifadə, bir zamanlar əlçatmaz kimi görünən xizək sürmək günümüzün reallığıdır. Təbii ki, bu komplekslərin gücündən istifadə etməklə xarici turistləri ölkəyə cəlb etmək mümkündür. Bunun üçün həmin komplekslər haqqında informasiya xarici turistlərə çatdırılmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin əlaqədar bölməsi artıq bu işlərə start vermişlər. Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən turizm şirkətləri, həmçinin bu komplekslərin özləri də xaricdə reklam kampaniyaları təşkil etməlidirlər.
- Hazırda Naftalan turizm mərkəzinə çevrilməkdədir. Bəzi ölkələrdə süni olaraq turistlər üçün belə mərkəzlər yaradılsa da, bizdə təbii olaraq belə məkanlar var. Buraya turist cəlbini artırmaq üçün nə etməliyik?
- Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dönəmində Naftalan ümumittifaq müalicə-sağlamlıq turizminin mərkəzlərindən birinə çevrilmişdi. Hər il SSRİ-nin müxtəlif ucqarlarından Naftalana əlil arabasında gələnlər geriyə qayıdarkən, əlil arabalarını, əsalarını Naftalanda qoyub gedirdilər. Həmin əsalar toplanaraq Naftalanda muzey də yaradılmışdı. Lakin sonralar Naftalan öz şöhrətini itirməyə başlamışdı. Bundan istifadə edən işbazlar Naftalan neftini Xorvatiyaya satıb və İvaniç Qradda 4 ulduzlu “Naftalan” sanatoriyası yaradıblar. Təbii ki, Avropalı uzaq məsafə qət edib ölkəmizə gəlməkdənsə daha ucuz qiymətə bu sanatoriyanı seçir. Məlum olduğu kimi, möhtərəm Prezidentimizin tapşırığı ilə “Çinar” və “Qaşaltı” sanatoriyaları müasir standartlara uyğun olaraq yenidən qurulub və ən tələbkar turistləri qəbul edə bilərlər. Fikrimcə, Naftalanda fəaliyyət göstərən bütün sanatoriyalar vahid bir assosiasiyada birləşərək birgə reklam kampaniyası aparmalı, müxtəlif dillərdə sayt yaratmalı, müalicə-sağlamlıq turizmi üzrə ixtisaslaşan xarici şirkətlər və KİV-lər üçün infoturlar təşkil etməlidirlər. Eyni zamanda şəhər rəhbərliyi keçmiş dövrün müsbət nümunələrindən istifadə edərək asudə vaxtın təşkilində sanatoriyalara yardım etməlidir.
-Prezident çıxışında kurort turizminin inkişafına toxunub. Sizcə bu turizm növünü inkişaf etdirmək üçün hansı tədbirlər həyata keçirməlidir?
- Azərbaycan respublikası ərazisindəki məşhur müalicəvi sulardan biri olan “Qalaaltı” suyu müalicəvi xüsusiyyətlərinə görə Ukraynanın Truskovets əyalətindəki Naftusiya suyundan geri qalmır. Bu su qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı xəstəlikləri və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. “Qalaaltı” mədən suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid vardır. Həmin su özünün tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassəyə malikdir, eyni zamanda, iltihab əleyhinə də təsir göstərir. Məhz bu təsir xassələrinə görə “Qalaaltı” suyu öd kisəsində, öd yollarında, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir. Bu baxımdan hələ sovetlər dönəmində suyun mənbəyində sanatoriya yaradılmışdı. Lakin müasir standartlara cavab vermədiyindən sanatoriya fəaliyyətini dayandırmalı olmuşdu. Möhtərəm Prezidentin tapşırığı ilə ”Qalaaltı” sağlamlıq istirahət zonasında yenidənqurma işlərinə başlanılıb, müasir standartlara cavab verən “Qalaaltı Hotel SPA”-nın tikintisi yekunlaşmaq üzrədir.
Məlum olduğu kimi Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Fikrimcə, proqramın yerinə yetirilməsi, eyni zamanda kurort turizminin inkişafı üçün “Kurort” Səhmdar Cəmiyyətinin bazasında ixtisaslaşmış turizm şirkəti yaradılmalı, həmin şirkət Azərbaycan kurortlarının tanıtımı ilə məşğul olmalıdır. Hesab edirəm ki, görülən işlərin nəticəsində ölkəmizə xarici ölkələrdən ilboyu turist axını təmin edilə bilər.
- Böyük turizm potensialı olan Naxçıvanda da bu sektorun inkişafının vacibliyi vurğulanır. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
- Həqiqətən də, bütün Azərbaycanda olduğu kimi Naxçıvan MR-dakı mövcud potensial turizmin müxtəlif növlərinin inkişafına imkan verir. Təsadüfi deyildir ki, 2013-cü ildə Naxçıvana 300 mindən çox turist gəldiyi vurğulanır. Fikrimcə, bu sayı xeyli artırmaq mümkündür. Bunun üçün Naxçıvanda fəaliyyət göstərən turizm şirkətlərinin sayını artırmaq, onların müxtəlif turizm növləri üzrə ixtisaslaşmasına nail olmaq lazımdır. Dini turizm obyekti olan Əshabü-kəf mağarasında arxeoloji qazıntılar aparılmalı, Nuh peyğəmbər və onun ətrafındakıların quruya çıxdıqdan sonra mağarada yaşamaları haqqında fərziyyəyə aydınlıq gətirilməlidir. Bu fakt sübut olunarsa mağaranın dünyanın dini turizm mərkəzlərindən birinə çevriləcəyi şəksizdir. Duzdağın, Darıdağ termal suyunun müalicəvi xüsusiyyətlərinin tanıtımı təşkil edilməli, Əlincə qalasına turistlərin rahat çıxması üçün kanat yol çəkilməli, Əlincə qalasında tikililər rekonustruksiya və konservasiya olunmalıdır. Xaraba Gilan yaxınlığındakı piramida da arxeoloji qazıntıların aparılmasının vaxtı çatdığını düşünürəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info