Norveç səfiri: “Beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”
Tarix: 12.02.2014 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Norveçin Azərbaycandakı səfiri Erlinq Skjonsberq və “Norveç Humanitar Müəssisəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Con Yərtsen ilə görüşüb.
Komitədən bildiriblər ki, görüşdə Əli Həsənov Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdirilməsində maraqlıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Baş nazirin müavini Prezidentin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmayıb. Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb. Bildirilib ki, dövlət başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Baş nazirin müavini bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir. Azərbaycanda “Norveç Qaçqınlar Şurası” və “Norveç Humanitar Müəssisəsi” beynəlxalq humanitar təşkilatının fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, bu müddətdə müxtəlif sahələri əhatə edən bir sıra layihələr həyata keçirilib. Erlinq Skjonsberq bildirib ki, Norveç Krallığı bir çox hallarda beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Azərbaycanın müstəqilliyinin bərpasından keçən qısa müddətdə dinamik inkişaf etdiyini deyən səfir vurğulayıb ki, bu müddətdə ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əminliyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info