“Gənclər arasında elmi tədqiqat işlərinə maraq artıb”
Tarix: 12.02.2014 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib. >Əlaqələndirmə Şurası proqramın 4-cü fəslinə uyğun olaraq yaradılıb və onun üzvləri aidiyyəti üzrə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq və ictimai təşkilatların təmsilçiləridir. Əlaqələndirmə Şurasında 32 nəfər dövlət qurumlarını, 3 nəfər Milli Məclisi, 3 nəfər beynəlxalq və 19 nəfər isə gənclər təşkilatlarını təmsil edirlər. Dövlət qurumları əsasən nazir müavinləri səviyyəsində təmsil olunur. Əlaqələndirmə Şurasının sədri, gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində Prezidentin müvafiq fərmanı ilə ölkədə Gənclər Fondu müasir tələblərə uyğun qurulub: "Gənclər üçün Prezident mükafatı təsis edilib və 5 fevral 2014-cü ildə keçirilən tədbir zamanı 6 ilk layiqli namizəd mükafatlandırılıb. Gənclər siyasətinin bazasının möhkəmləndirilməsi məqsədilə 23 şəhər və rayonda Gənclər Evi və Mərkəzi inşa edilib, daha 14-nün inşasına başlanıb. Gənc kadrlarla bağlı məlumat bankları yaradılıb. Bu gün Azərbaycanın inkişafında gənclərin elmə həvəsləndirilməsi vacib rol oynayır". Nazir qeyd edib ki, Prezident yanında Elmin İnkişaf Fondu 2011-ci ildən bəri 1 milyon 140 min 700 manat məbləğində layihələr maliyyələşdirilib: "Gənc ailələrə qrant layihələrin verilməsi, gənclər arasında elmi tədqiqat işlərinə marağı artırıb. Ölkənin qazandığı nailiyyətlər, gənclərin fəaliyyətində davamlı inkişaf tapıb. Ötən il ölkəmizdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının üzv ölkələrindən 50-dək gənc kibertəhlükəsizlik mövzusunda model simulyasiya oyunu keçirilib. 2013-cü ildə Gəncə 2016-cı il üçün Gənclər paytaxtı seçilib. Məlumdur ki, sözügedən proqram gənclər və gənclər təşkilatlarının iştirakı ilə hazırlanıb və onun icrasında gənclər təşkilatları aktiv olaraq qoşulublar". Nazirin sözlərinə görə, ötən il nazirlik tərəfindən ümumi məbləği 5 milyon 500 min manat dəyərində 137 layihə maliyyələşdirilib. Layihələrdə əsasən maarifləndirmə, intellektual inkişaf və vətənpərvərlik mövzularına daha çox yer verilib. Ötən dövrdə gənclər arasında sosioloji tədqiqatlar aparılıb, gənclər qaynar xətti yaradılıb, müxtəlif müsabiqələr təşkil edilib. Bu istiqamətdə gələcəkdə də lazımi addımlar atılacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info