Bələdiyyə sədrləri İmişliyə toplaşıb
Tarix: 12.02.2014 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə İmişlidə bələdiyyə sədrləri üçün seminar keçirilib.
İmişli Rayon İcra Hakimiyyətinin, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən seminarda İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov çıxış edərək Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik kömək göstərilməsi istiqamətində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin İbadullayev və İlkin Savalan “Bələdiyyə aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması ilə bağlı bələdiyyələrin qarşısında duran vəzifələr”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun möhkəmləndirilməsi” və “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzularında çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info