Tanınmış Azərbaycan tarixçisinin yeni əsəri çapdan çıxıb
Tarix: 12.02.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Ermənistan və xarici ölkələrdəki erməni diasporu tarixdə heç bir zaman olmayan uydurma “erməni soyqırımı”nın 100 illiyinə hazırlaşır.
Ermənilər mənfur niyyətlərinə nail olmaq naminə dünya ölkələrinin rəsmi dairələrini aldatmaq və ictimai rəyi çaşdırmaq üçün müxtəlif üsullardan istifadə edir, ənənələrinə sadiq qalaraq gerçək tarixi də saxtalaşdırırlar. Onların saxtakarlığına ən mötəbər arxiv mənbələri və digər təkzibedilməz sənədlər əsasında, dərindən əsaslandırılmış elmi sübut və dəlillərlə cavab vermək bu gün tarixçilərimizin qarşısında duran ən vacib məsələlərdən biridir.
Tanınmış tarixçi alim, professor, Milli Məclisin deputatı Musa Qasımlının “Mütərcim” nəşriyyatında çapdan çıxmış “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: Gerçək tarix axtarışında (1724-1920)” adlı 464 səhifəlik, iri həcmli monoqrafiyası bu baxımdan ciddi bir addım kimi qiymətləndirilə bilər.
Monoqrafiya əsasən Rusiya və Gürcüstan, o cümlədən ABŞ, Böyük Britaniya, Türkiyə, Fransa və Azərbaycan arxivlərinin bir çoxu indiyədək istifadə edilməyən və elmi dövriyyəyə ilk dəfə gətirilən ən mötəbər materialları və rəsmi sənədlər əsasında yazılıb.
Tədqiqatda Rusiya imperatoru I Pyotrun 1724-cü il fərmanından başlayaraq 1920-ci ildə Ermənistanın sovetləşdirilməsinədək olan dövrdə ermənilərin Cənubi Qafqaza gətirilərək azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, uydurma erməni məsələsinin süni surətdə meydana çıxarılması, erməni terror təşkilatlarının və silahlı dəstələrinin qurulması, tarixdə heç bir zaman olmayan “Böyük Ermənistan” ideyasının ortaya atılması, onu yaratmaq üçün 1905-1906-cı illərdə dinc türk, müsəlman əhalisinə qarşı törədilən qırğınlar və ərazilərin yerli azərbaycanlı əhalidən təmizlənməsi, Birinci Dünya müharibəsi illərində erməni silahlı dəstələrinin hazırlanması və onların törətdikləri dəhşətli soyqırımlar, müvafiq istiqamətlərdə çar Rusiyasının və digər dövlətlərin rolu, tarixi Azərbaycan torpaqlarında Ararat Respublikasının qurulması, daşnak Ermənistanında digər xalqlara münasibət başlıca olaraq beynəlxalq münasibətlərdə cərəyan edən proseslər fonunda araşdırılıb.
Təkzibedilməz tarixi fakt və sənədlər əsasında qələmə alınmış bu əsər erməni yalanlarını alt-üst edir və erməni tarixçilərinin ona tutarlı cavab vermələrinin mümkün olmadığını bir daha təsdiqləyir.
Əsərdən məlum olur ki, müəyyən dövrlərdə öz maraqları üçün ermənilərin əsassız iddialarını müdafiə edən bir çox ölkələrin rəsmi dairələri sonradan həqiqətləri bilərək onlardan üz döndərib, törədilən qırğınlarda düzgün olaraq bilavasitə erməni təşkilatlarını günahlandırıblar.
Monoqrafiyanın maraqlı məziyyətlərindən biri daşnak Ermənistanının dinc türk, müsəlman əhalinin yaşadıqları yaşayış məntəqələrini dağıtmalarına, daşnak silahlı dəstələrinə aid Rusiya və Gürcüstan arxivlərindən toplanan və indiyədək istifadə edilməyən fotoşəkillərin verilməsidir.
Tarixçi, siyasətçi və diplomatlar üçün nəzərdə tutulmuş bu dəyərli əsərin elmi redaktoru görkəmli Azərbaycan alimi, professor Əli Həsənov, rəyçiləri tanınmış Türkiyə tarixçisi, professor Kamal Çiçək, Gürcüstan tarixçisi, professor Quram Marxuliya, Rusiya tarixçisi, dosent İsmayıl Ağakişiyevdir.
Hazırda əsər Türkiyə və Rusiyada türk və rus dillərində də nəşrə hazırlanır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info