Ağsu hesabat verdi
Tarix: 12.02.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Ağsu rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər qoymuşlar. Sonra Mədəniyyət sarayının foyesində təşkil edilmiş kənd təsərrüfatı və sənaye mallarının sərgisinə baxıblar.
Hesabat məruzəsində, eləcə də müzakirələrdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında, habelə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarında qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində ciddi səylər göstərildiyi, uğurlu nəticələr qazanıldığı bildirilib. Belə ki, keçən il Ağsu şəhərində təmir-tikinti və abadlıq işlərinə 1 milyon 358 min manat vəsait yönəldilib, əsas küçələrdə və parklarda yenidənqurma işləri aparılıb, 65,5 min kvadratmetr asfalt örtük çəkilib. Rayonun 15 kəndini birləşdirən, uzunluğu 19,7 kilometr olan Ağsu-Çaparlı-Göylər avtomobil yolunun əsaslı təmiri və yenidən qurulmasının başa çatdırılması ötən il görülmüş ən mühüm işlər sırasındadır.
2013-cü ildə “Aqrolizinq” ASC-nin Ağsu “Aqroservis” filialı üçün istehsalat bazası, iki kənd məktəbi üçün hər biri 180 şagird yerlik bina tikilib istifadəyə verilib, mərkəzi rayon xəstəxanası, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün yeni binaların inşası davam etdirilib. Kənd investisiya layihəsi çərçivəsində 13 kənddə yolların, səhiyyə müəssisələrinin təmiri və abadlaşdırılması həyata keçirilib.
Məruzə və çıxışlarda cari ildə qarşıda duran vəzifələr barədə də ətraflı danışılıb. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, əkinçilikdə mütərəqqi üsulların tətbiqi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, əhalinin təbii qaz, elektrik enerjisi və su təchizatının yaxşılaşdırılması bu vəzifələr sırasındadır.
İclasda “Sənaye ili” ilə bağlı rayonun potensial imkanları barədə söhbət gedib və qeyd olunub ki, 2011-ci il oktyabr 30-da Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən “AZ Qranata” MMC-nin şirə və şərab emalı zavodunun istehsal həcmi ildən-ilə artırılır. Hesabat ilində zavodda 3 milyon 468 min manatlıq məhsul istehsal olunub ki, bu da 2013-cü ildəki göstəricidən 1 milyon 834 min manat çoxdur. Hazırda zavodda anbar tikilir və yeni istehsal sexlərinin açılması imkanları araşdırılır.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev və Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış ediblər. Çıxışlarda diqqət Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında qarşıya qoyulan konkret vəzifələrə yönəldilib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info