Möhsün Pak Ayin: “İranda Azərbaycan dili tədris olunur”
Tarix: 12.02.2014 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


“İranda azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki ali və orta təhsil müəssisələrində Azərbaycan dili tədris olunur və bu, bizim Konstitusiyamızın müddəasında da əks olunub”. “Palitra”nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. Onun sözlərinə görə, prezident Həsən Ruhaninin siyasəti də ondan ibarətdir ki, etnik xalqların mədəniyyəti inkişaf etsin: “Biz gələcəkdə İranın etnik xalqlarının, o cümlədən azərbaycanlıların da İranın dövlət quruculuğunda iştirakının şahidi olacağıq”. Qeyd edək ki, bu yaxınlarda İran mətbuatında azərbaycanlıların sıx yaşadığı ərazilərdə Azərbaycan məktəblərinin açılacağı barədə məlumatlar yayılıb. İSNA-nın yaydığı xəbərə görə, İranın mədəniyyət naziri Əli Cənnəti etnik xalqların öz dillərində təhsil alması təşəbbüsünü dəstəkləyib. O, məsələnin İran Konstitusiyasının 15-ci maddəsinə uyğunlaşdırılmasının vacibliyini bildirib. Həmin maddəsinə əsasən, İranın rəsmi dili fars dilidir və ölkədə yaşayan digər xalqların dilinin fars dili ilə birgə mediada və təhsildə istifadə edilməsinə icazə verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info