DTXK-da kollegiya iclası keçirilib
Tarix: 12.02.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ölkənin 34 rayonu üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işlərinə başlayıb. Artıq 35 bələdiyyənin xəritələrinin hazırlanması işləri başa çatdırılıb. “Palitra”nın məlumatına görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov qurumun 2013-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, hesabat ilində Milli Məclisdə dövlət reyestri aparılaraq şəhadətnamənin verilməsi məqsədilə respublikanın 41 rayonu üzrə 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları müəyyən edilib, mərzçəkmə işləri aparılıb və xəritələşdirilməsi işləri həyata keçirilib.
2013-cü il 31 dekabr vəziyyətinə olan məlumata əsasən, torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq öz sahiblərinə verilib. Bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir. Keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1 milyon 395 min hektar torpaq sahəsinin 1 milyon 393 min 274 hektarı, yəni 99,8 faizi pay torpağı kimi xüsusi mülkiyyətə verilib. Q.Məmmədov deyib ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqların onların mülkiyyətinə verilməsi üçün 38 yaşayış məntəqəsi üzrə 17674 vətəndaşın adına, 802 keçmiş təsərrüfat üzrə 2332 vətəndaşın adına və müxtəlif növlü təsərrüfat formalarına isə 26658 ədəd torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanıb.
Komitə tərəfindən 2013-cü ildə respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 2628 hərrac və müsabiqə təşkil olunub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info