“Prezidentin sərəncamı ilə çap etdiyimiz xəritə ermənilərin yalanını ifşa etdi”
Tarix: 12.02.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək və 19 bölmədən ibarətdir. “Palitra”nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Q.Məmmədov deyib ki, bu atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, torpaq, bitki örtüyü, heyvanat aləmi, ekoloji vəziyyət, tariximiz, sənaye, mədəniyyət, təhsil, səhiyyə sahələrini əhatə edən böyük unikal xəritələr toplusundan ibarətdir. Qeyd edək ki, 2011-ci il aprelin 20-də Prezident İlham Əliyev Azərbaycanın milli atlasının tərtib olunması haqqında sərəncam imzalayıb. Q.Məmmədov bildirib ki, bunun zəruriliyi ondan ibarət idi ki, 2007-ci ildə ermənilər özlərinin milli atlasını çap ediblər və bu atlasda Azərbaycanın işğal olunmuş ərazilərini öz əraziləri kimi göstərirlər: "Bu, erməni saxtakarlığıdır. Bunları ifşa etmək üçün Azərbaycanın milli atlasının hazırlanması qərarına gəlinib".
Dövlət Komitəsinin sədri qeyd edib ki, bundan əlavə, Prezident İlham Əliyev 2012-ci il aprelin 18-də "Cənubi Qafqaz 1903-cü il" xəritəsinin çap edilməsi barədə sərəncam imzaladı: "Bu xəritənin mahiyyəti nədir? Ermənilər iddia edirlər ki, guya, onlar Qafqazın aborigen millətidir, yəni guya, bunlar köklü millətdir. Amma Prezidentin sərəncamı ilə çap etdiyimiz" Cənubi Qafqaz 1903-cü il" xəritəsi ermənilərin bu yalanını ifşa etdi. Bu xəritənin iki özəl cəhəti var. Birinci ondan ibarətdir ki, bunu 1903-cü ildə Çar Rusiyasının hərbçiləri, topoqrafiya idarəsi tərtib edib. İkinci özəlliyi isə ondan ibarətdir ki, xəritədə ümumiyyətlə, Cənubi Qafqazda erməni toponimləri yoxdur. Yəni 1903-cü ilə qədər burada erməni adlı aborigen olmayıb. Burada olan toponimlər Azərbaycan və türk toponimləridir".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info