“Doğu Akdeniz Universitetində işğal olunmuş rayonlarımızın təbliğatını aparırıq”
Tarix: 12.02.2014 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Vahab Dadaşlı: “Xaricdə təhsil alan biz gənclər dövlətin bizə olan etimadını doğrultmağa çalışmalıyıq”

Qəzetimizin xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi çərçivəsində növbəti müsahibimiz Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin İctimai əlaqələr və reklamçılıq fakültəsinin tələbəsi Vahab Dadaşlıdır:
- Mən 1995-ci il noyabr ayının 1-də Bakı şəhərində anadan olmuşam. Ailəmin yeganə övladıyam. Orta təhsilimi Bakının Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı orta məktəbdə almışam. Müəllimlərimin sevimli şagirdi idim. Tale elə gətirdi ki, Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin tələbəsi oldum. Tək uşaq olduğumdan anam mənim Şimali Kiprə gəlib təhsilimi burada davam etdirməyimə əvvəlcə razı olmamışdı. Uşaq yaşlarımdan bir çox idman növü ilə məşğul olmuşam. Kiçik yaşlarımdan kameraya, fotoqrafçılığa böyük həvəsim olub və ailəmizdə yığıncaqlar olanda çəkilişi, adətən mənə həvalə ediblər. Ataların belə bir məsəli var. Deyir “Niyyətin hara, mənzilin ora”. Bəlkə də bu niyyətin nəticəsidir ki, hazırda İctimai əlaqələr və reklamçılıq fakültəsində təhsil alıram. Burada da özümə çoxlu dost qazanmışam. Çox sağ olsunlar, burada məndən əvvəl təhsil alan azərbaycanlıların köməyi ilə özümü ailəmdə hiss edirəm. Onu deyim ki, əmim oğlu da burada təhsil alır və biz ilk növbədə ailəmizi layiqincə təmsil etməyə çalışırıq. Doğu Akdeniz Universitetində təhsil almağımın səbəblərindən biri də məhz əmim oğlunun məndən əvvəl burada təhsil alması idi. O, mənə və ailəmə Şimali Kipr və Doğu Akdeniz Universiteti barəsində danışanda valeh olurduq. Xəyallarımda orada təhsil almağı düşündüm və Bakıda təhsil alarkən bir anlıq Azərbaycanı orada təmsil etdiyimi xəyal edirdim. Bu məqsədlə də araşdırmalar apardım, xaricdə təhsil alan tələbələrlə sıx əlaqələr qurmağa çalışdım. Ailəmin də razılığı ilə böyük həvəslə Şimali Kiprin paytaxtı Lefkoşa şəhərinə yollandım. Təyyarənin enişi zamanı çox böyük həyəcanla oxuyacağım universitetin və Kiprin necə bir ölkə olduğunu səbirsizliklə gözləyirdim. Mənim təhsil alacağım universitet isə digər şəhərdə - Famagusta şəhərində yerləşir. Kiprdə təhsil mənə çox şey öyrətdi.
- Xaricdə təhsil alan tələbə kimi hansısa çətinliklərlə qarşılaşırsınızmı?
- Tələbəsi olduğum Doğu Akdeniz Universiteti Azərbaycanda olduqca məşhurdur və bu ali təhsil müəssisəsində oxumaq bir çox gəncin arzusudur. Universitetimizə gəlincə, burada tələbələrin - istər kitabxana, istər kompyuter otaqları və ya laboratoriyalar olsun, tələbələrin istifadəsindədir və müəllimlərin də diqqət və qayğısı ilə təhsilimizi davam etdiririk. Düzdür, bəzən çətinliklərlə də üzləşirik. Etiraf edim ki, burada kitabların qiymətləri, dərs vəsaitləri Azərbaycandan daha bahadır və bu büdcəyə təsirsiz ötüşmür. Məlum məsələdir ki, xaricdə təhsil alan bir gənc üçün kitabların baha olması nə deməkdir. Lakin məqsəd oxumaqdırsa, deməli bu, problemləri də aradan qaldırmağı bacarmalıyıq. Bir tələbənin ehtiyacı olacaq hər bir şey kampus daxilində var. Universitet tələbələrə dərsdən kənar və dərsə daxil olan məşğuliyyət də verir. Bu da gənclərin təhsillə bərabər sosial həyata da addımlamalarında yardımçı olur.
- Orada təmsil olunduğunuz Azərbaycan cəmiyyəti tərəfindən ölkəmizlə bağlı hansı tədbirlər təşkil olunur?
- Universitet daxilində bir neçə cəmiyyət fəaliyyət göstərir. Bunlardan biri də Azərbaycanlı tələbələrin cəmiyyətidir. Düzdür, burada tələbələrin əksəriyyəti türkiyəli olduğuna görə, ümummilli lider Heydər Əliyevin - “Bir millət, iki dövlət” kəlamı öz əksini tapır. Amma buna arxayın olmaq da olmaz. Biz də azərbaycanlı tələbələrin cəmiyyəti vasitəsilə xarici tələbələrlə dərsdənkənar əlaqələr qurur, dəyirmi masalar, konfranslar keçirir, milli bayramlarımızı, müxtəlif fotosərgilər təşkil edirik. Ötən ildən başlayaraq, cəmiyyətimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəstəyi ilə işğal olunmuş rayonlarımızın təbliğatını aparıb və “Mən Şuşayam”, “Mən Xocalıyam”, “Mən Laçınam” başlıqlı videoçarxlar çəkib ərsəyə gətirib. Bundan əlavə, müxtəlif zamanlarda Azərbaycan Respublikasının Milli Məclisinin deputatları da universitetimizin qonağı olub və azərbaycanlı gənclərin suallarını cavablandırıblar. Bu işlər qarşıdakı illərdə də davam edəcək və əminəm ki, Odlar yurdu Azərbaycanı layiqincə təmsil edə biləcəyik.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə diaspor quruculuğu işində əsaslı dönüş yarandı.

“Bu gün ölkə gəncliyinə olan diqqət və qayğı qızıl dövrünü yaşayır və düşünürəm ki, bu, hələ uzun illər artan templə davam edəcək”

Bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Düşünürəm ki, Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının da hədəfində azərbaycanlıları bir araya gətirmək, onların birliyini təmin etmək və daim yardımçı olmaq dayanır. Biz gənclər də məhz diaspor təşkilatına güvənərək, təşkilatın əməkdaşlarını özümüzə hami bilərək, burada təhsilimizlə yanaşı, ölkəmizi təbliğ etmək istiqamətində fəaliyyət göstəririk.
- Yerli əhalinin Azərbaycana qarşı münasibəti necədir?
- Yerli əhali ilə asanlıqla razılığa gəlmək olur. Biləndə ki, Azərbaycan vətəndaşlarıyıq, bizə “kardeş ülke” deyə müraciət edirlər. Onu da deyim ki, bizi varlı, imkanlı kimi tanıyırlar. Bu isə Azərbaycanın son illər dünyada artan nüfuzu, ölkə rəhbərliyinin həyata keçirdiyi düzgün xarici siyasət ilə olduqca bağlıdır. Bu da bizi əlbəttə, sevindirir.
-Bu gün gənclərə göstərilən diqqət və qayğı gənclərimiz qarşısında hansı vəzifələr qoyur?
- Bu gün ölkə gəncliyinə olan diqqət və qayğı özünün ən qızıl dövrünü yaşayır və düşünürəm ki, bu, hələ uzun illər artan templə davam edəcək. Çünki bu diqqət və qayğının başında ölkə Prezidenti cənab İlham Əliyev gəlir. Ölkə başçısının gənclərə olan inamı bizi daha məsuliyyətli edir və qarşımıza mühüm vəzifələr qoyur. Azərbaycandan kənarda təhsil olan, işləyən, yaşayan hər bir azərbaycanlı ölkəmizin siması, səfiridir. Məhz buna görə də çalışmalıyıq ki, bizə olan etimadı layiqincə doğruldaq. Hər il minlərlə gəncin dövlət hesabına xaricdə təhsil alması, gənc alimlərin elmi işlərinin Avropanın aparıcı universitetlərində müzakirəyə verilməsi, Azərbaycan gənclərinin beynəlxalq arenalarda çıxışları və s. - bütün bunlar dövlət gənclər siyasətinin məntiqi nəticəsidir. Ağac o zaman bar verir, ucalır ki, o, münbit torpaqda becərilir və daim diqqət göstərilir. Azərbaycan gəncliyi də bar verən ağac kimidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bizlərə olan sonsuz diqqəti köklərimizin daha dərinləşməsinə, başımızın daha yüksəklərə ucalmasına, barımızın daha məhsuldar olmasına gətirib çıxarır. Əminəm ki, bu siyasət gələcəkdə də davam edəcək və bu günün gəncliyi sabaha daha möhkəm addımlarla keçid edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info