Kliçko Yanukoviçlə teledebata çıxacaqmı?
Tarix: 12.02.2014 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Ukraynanın müxalif UDAR partiyasının lideri Vitali Kliçko ölkə prezidenti Viktor Yanukoviçlə teledebatlara yalnız onun istefaya gedəcəyi təqdirdə hazırdır. İTAR-TASS-ın xəbərinə görə, bu barədə o, “Facebook” səhifəsində yazıb. “Mən Yanukoviçlə teledebatlarda iştirak etməyə hazıram. Lakin o, əvvəlcə, cəsarətli bir addım atmalıdır.
O, ölkədəki kəskin siyasi və iqtisadi böhrana görə məsuliyyəti öz üzərinə götürməli və istefa verməlidir. Və prezident kampaniyası çərçivəsində mən hər an Yanukoviçlə debatlarda görüşməyə hazıram”- deyə Kliçko bildirib. Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yanukoviç bundan əvvəl müxalif UDAR partiyasının lideri Vitali Kliçko ilə teledebatlara çıxmağa hazır olduğunu bildirib. Bunu Ukrayna prezidentinin mətbuat xidmətinin rəhbəri Andrey Lısenko deyib. O, bildirib ki, debatlar ümumrespublika telekanallarından birində keçirilə bilər. Lısenko onu da əlavə edib ki, Yanukoviç-Kliçko debatlarını müvafiq təkliflə çıxış edəcək istənilən dövlət yaxud da özəl telekanallar yayımlaya bilər. Maraqlıdır ki, sabiq baş nazir Yuliya Timoşenko prezident Viktor Yanukoviçi teledebata çağırıb. “Mən Viktor Yanukoviçə müraciət edirəm. Əgər o, debatlar istəyirsə, mən hazıram” - deyə Timoşenko vurğulayıb. Sabiq baş nazir qeyd edib ki, onun üçün debatların harada keçiriləcəyi önəmli deyil. Buna görə də Y.Timoşenko variantlardan biri kimi hazırda müalicə olunduğu xəstəxanadan videokonfrans təşkil etməyi təklif edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info