Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsi üçün yeni inzibati bina
Tarix: 12.02.2014 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi üçün yeni tikilən inzibati binanın açılış mərasimi olub. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış ediblər.
A. Rəhimov deyib ki, Prezident 2012-ci ilin fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanla şəhər, rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması bu sahədə çalışan hər kəsə öz məsuliyyətini daha dərindən dərk etməyə imkan verib. Qeyd edilib ki, son vaxtlar xidmətin yerli şöbələri üçün yeni inzibati binalar tikilir və ya mövcud binalar əsaslı təmir edilir. Xidmətin yerli şöbəsi üçün ilk inzibati bina Ağsu rayonunda tikilib. Ümumi sahəsi 2500 kvadratmetr olan üç mərtəbəli binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada 21 iş otağı, o cümlədən iclas zalı, çağırışçılarla iş bölməsi, səfərbərliyə hazırlıq və səfərbərlik bölməsi, qeydiyyat otağı, növbətçi, məxfi hissə, tibbi komissiya üçün 12 otaq fəaliyyət göstərir. Bu günədək xidmətin Sumqayıt şəhər idarəsinin inzibati binası əsaslı təmir edilib, hazırda isə Bakının Nizami, eləcə də Qəbələ və Füzuli rayon şöbələri üçün yeni inzibati binaların inşası həyata keçirilir. Çıxışlardan sonra binanın rəmzi açılışını bildirən lent kəsilib, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanışlıq olub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info