“Putin Rusiyanı dünya iqtisadiyyatı xəritəsinə qaytara bildi”
Tarix: 12.02.2014 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


“Business Insider” nəşri: “Rusiya iqtisadiyyatına pessimist yanaşma üçün heç bir əsas yoxdur”

“Rusiya iqtisadiyyatında baş verən bəzi dalğalanmalardan sonra bu ölkə yenidən dünya ictimaiyyətinin diqqət mərkəzinə düşüb. İlin əvvəlində rublun kursu dollara nisbətən 5,5 faiz aşağı düşüb. Ekspertlərin bir çoxu xəbərdarlıq edir ki, Rusiya iqtisadiyyatı böyük ölçüdə neft və qaz ehtiyatlarının ixracından asılıdır və ölkədə artıq holland sindromu özünü göstərməyə başlayıb. Holland sindromu xam məhsul ixrac edən ölkə iqtisadiyyatları üçün xarakterikdir.
Həmin sindroma tutulan ölkələrin valyutalarının kursu yüksək olur, bu isə yerli biznesə zərbə endirir. Korporativ sektorda əsas söz sahibi dövlət şirkətləridir və fərdi kompaniyaların çatışmazlığı hiss edilir”. Bu fikirlər ABŞ-ın “Business Insider” nəşrində çap edilən “Rusiya iqtisadiyyatına pessimist yanaşma üçün heç bir əsas yoxdur” başlıqlı məqalədə yer alıb. Qəzet yazır ki, Rusiya iqtisadiyyatının bu sindroma tutulması haqqında danışmaq tezdir. “HighTower Advisers” şirkətinin tərəfdaşlarından biri, 20 milyard dollarlıq aktivlərə sahib olan Matias Kulmi hesab edir ki, Rusiyada “PR” problemi var və ona görə də Rusiya iqtisadiyyatı haqqında düzgün olmayan fikirlər səsləndirirlər. O, hesab edir ki, Rusiya valyuta və fond bazarında ciddi uğura imza ata bilməsə də, bu ölkənin iqtisadiyyatının yaşamaq qabiliyyəti digər inkişaf etməkdə olan ölkələrə nisbətən daha yüksəkdir: “Cari hesablardakı profisitə diqqət etmək yetərlidir. Onun əsasında neft gəlirləri dayanır. Amma Rusiya aktiv balansa, ÜDM-in xarici borca nisbətində aşağı göstəriciyə sahibdir. Ölkənin federal büdcəsini uğurlu qiymətləndirmək olar. Fikrimcə, dünya ölkələri Rusiyanın bu göstəricilərini xam məhsul ixrac edən digər ölkələrin göstəriciləri ilə müqayisə etsələr, daha yaxşı olar”.
Kulmi Rusiya iqtisadiyyatını Çin iqtisadiyyatı ilə müqayisə etməyə üstünlük verir: “Biz Rusiya iqtisadiyyatına diqqət etsək görərik ki, bu, nəhəng istehlak bazarıdır. Orada əsasən neft pulları xərclənir və rusiyalı istehlakçı dünyanın zirvəsindədir. Çində isə əks proseslər baş verdi. Bu ölkədə artım dövlət xərcləri və infrastruktur hesabına oldu. ABŞ-dakı enerji bumunun əsasında dayanan müasir texnologiya Rusiya üçün böyük riskdir. Rusiya iqtisadiyyatının investisiyanı stimullaşdırmağa keçmək şansı var. Bu keçid isə infrastruktura sərmayə yatırılmasını tələb edir. Deməli, birbaşa xarici investisiyanın cəlb olunması arta bilər”. Kulmiyə görə Rusiya iqtisadiyyatı haqqında danışanlar çox vaxt səhv edərək düşünülər ki, ölkənin iqtisadiyyatı hələ də bərpa olunma mərhələsindədir: “Ən yaxşı müqayisə kimi İspaniyanın son iki ilini göstərə bilərəm. Biz bu ölkənin iqtisadiyyatını müşahidə edərkən çox əsəbiləşirdik. Amma unutmayaq ki, 1980-ci illərdə İspaniya iqtisadiyyatı inkişaf etməkdə olan bazar idi. Bu ölkənin hansı mərhələləri keçdiyini unutmaq lazım deyil. Bu kimi amilləri nəzərə alsaq aydın olur ki, Rusiya iqtisadiyyatı kifayət qədər yaxşı vəziyyətdədir. Bir daha diqqətə çatdırıram ki, xarici borcun ÜDM-ə münasibətdə 14 faiz təşkil etməsi çox yaxşı göstəricidir. Bu göstəriciyə bir çox inkişaf etmiş dövlət belə, həsəd apara bilər. Rusiya iqtisadiyyatını neftdən gələn gəlir hesabına inkişaf etdirsə də, elə səviyyədə profisit əldə edib ki, bu göstəricini çətin ki, başqa ölkədə tapmaq mümkün olsun. Rusiya təkcə maliyyə inkişafı proqramı yaratmadı-siyasətindəki bütün təzadlara baxmayaraq Putin Rusiyanı dünya iqtisadiyyatı xəritəsinə qaytar bildi”. Məqalədə qeyd edilir ki, “HighTower Advisors” şirkəti Rusiya iqtisadiyyatına 100 milyon dollar sərmayə yatırıb. Şirkət Rusiyaya münasibətdə vahid mövqe ortaya qoymasa da, Kilmi neytrallığını qoruyur.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info