YAP Binəqədi rayon təşkilatı hesabat verdi
Tarix: 12.02.2014 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibatı binasında rayon partiya təşkilatının 2013-cü ildə fəaliyyətinə həsr edilmiş hesabat tədbiri keçirilib. Tədbirdə rayon təşkilatının 2013-cü ildə fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib.
Təşkilatın sədri Ramiz Göyüşov deyib ki, ötən ilin ən mühüm ictimai-siyasi hadisəsi prezident seçkiləri olub. Hesabat dövründə keçirilmiş görüşlərdən danışan sədr bildirib ki, seçkilərə hazırlığa paralel olaraq rayon təşkilatı tərəfindən il ərzində 80-dək tədbir keçirilib. Hesabat dövründə ərazi-ilk partiya təşkilatları ilə iş aparılıb, yeni 5 ərazi-ilk partiya təşkilatı yaradılıb, mətbuatla sıx əlaqə qurulub və ümumilikdə YAP Binəqədi rayon təşkilatının fəaliyyətinə həsr olunmuş 190-dan çox məqalə çap olunub. Hesabat dövründə təşkilat daha bir yaddaqalan hadisənin iştirakçısı olub. Belə ki, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “bineqediyap.org.az” saytı yaradılıb. O, 2014-cü ildə qarşıda duran vəzifələrdən danışaraq bildirib ki, yeni il ərəfəsində Yeni Azərbaycan Partiyası 2014-cü il üçün fəaliyyət prioritetlərini açıqlayıb. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında ölkə başçısının respublikada apardığı uğurlu siyasətdən danışıb. Rayonda görülmüş işlərdən danışan icra başçısı bildirib ki, son 1 il 9 ay müddətində rayonda çox işlər görülüb. Ölkə başçısı rayona dörd dəfə səfər edib, ümummilli lider Heydər Əliyev adına parkın, YAP Binəqədi rayon təşkilatının inzibati binasının və Rayon İcra Hakimiyyətinin binasının açılışı olub. Çıxışında rayon təşkilatının fəaliyyətinə toxunan icra başçısı yeni hesabat ilində rayon partiya təşkilatına uğurlar arzulayıb. Təşkilatın fəaliyyətində fəallıq göstərən bir sıra şəxslərə Fəxri fərmanlar, hədiyyələr və partiya sıralarına yeni daxil olmuş bir neçə şəxsə partiya vəsiqələri təqdim edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
ABŞ Azərbaycan və Ermənistan arasındakı dialoqu təşviq etməyə davam edəcək
19.06.2019
Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
18.06.2019
MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO
18.06.2019
Qulam İshaqzai: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq dövlətdir”
18.06.2019
Surət Hüseynov AXC-Müsavat hökumətini ermənilərlə əlaqədə ittiham edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info