Hərbi qulluqçuların icbari sığortası ilə bağlı qərar qəbul edilib
Tarix: 13.02.2014 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Konstitusiya Məhkəməsi (KM) "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanununun bəzi müddəalarını şərh edib.
KM-dən verilən məlumata görə, Ali Məhkəmə Konstitusiya Məhkəməsinə bununla bağlı sorğu verib. Sorğuda göstərilib ki, 20 may 1997-ci ildə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanun qəbul edilib. Həmin qanunun 3-cü maddəsinə əsasən, hərbi qulluqçuların sığortaçısı Dövlət Sığorta Şirkətidir və həmin şirkət hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirir.
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında" 20 oktyabr 2006-cı il tarixli qanunu ilə hərbi qulluqçuların icbari sığorta məbləği artırılıb. Bununla əlaqədar sığorta ödənişinin alınması üçün sığorta orqanına və məhkəmələrə müraciətlərin sayı çoxalıb.
Bu qəbildən olan işlərə baxarkən bəzi məhkəmələr Konstitusiyanın 149-cu maddəsi nöqteyi-nəzərindən iddiaların təmin edilməsi ilə bağlı qətnamələr qəbul edib, digər məhkəmələr isə həmin qanunun özündə qanunun geriyə qüvvəsi ilə əlaqədar normanın olmamasına əsaslanaraq iddiaları rədd ediblər.
Göstərilənləri nəzərə alaraq Ali Məhkəmə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunun bəzi müddəalarının şərh olunmasını Konstitusiya Məhkəməsindən xahiş edib.
Konstitusiya Məhkəməsi sorğuya baxaraq qərar qəbul edib. Qərarda qeyd olunur ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş "hüquqi vəziyyətini yaxşılaşdıran" hal kimi qəbul oluna bilməz. Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 20 may 1997-ci il tarixli qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Milli Məclisə tövsiyə edilib.
Sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info