Sərhədlərimizin ən çox pozulduğu istiqamət açıqlandı
Tarix: 13.02.2014 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb. Onların 14 nəfəri Azərbaycan, 9-u Özbəkistan, 2-si İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Türkiyə, 1-i isə Qana vətəndaşı olub.
DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 187 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 54 halda ümumi dəyəri təqribən 368 min manat olan qaçaqmal, o cümlədən AKM üçün 1 ədəd daraq, 1 pnevmatik tapança, 8 ədəd 7,62 millimetrlik patron, 10 ədəd 16 millimetrlik patron, 0,3 kq barıt, 126 ədəd daraq çantası, 126 ədəd patron çantası, 6832 ədəd pirotexniki vasitə, 1 kater, 1 qayıq, 232 mobil telefon, 35770 qutu siqaret, 2500 litr dizel yanacağı, 11 baş iribuynuzlu qaramal, müxtəlif dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info