Yunanıstan və Serbiya səfirləri Bakı Ali Neft Məktəbində olublar
Tarix: 13.02.2014 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Yunanıstanın və Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Dimitrios Tsunqas və Zoran Vayoviç ilə görüş keçirilib. BANM-dən “Palitra”ya verilən məlumata görə, görüş çərçivəsində qonaqlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tədrisin təşkili prosesi və beynəlxalq əməkdaşlığın prioritet istiqamətləri haqqında ətraflı məlumat verən ali məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu ali təhsil olacağı yeni fəaliyyətə başlamasına baxmayaraq, əldə etdiyi yüksək nailiyyətlərə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013-cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider olub. E.Qasımov qeyd edib ki, BANM-də tədris sistemi Avropa Kredit Transfer sisteminin tələblərinə uyğun şəkildə təşkil olunub və bu baxımdan Avropanın bu sahədə tanınan, güclü ali təhsil müəssisələri ilə əməkdaşlıq olduqca vacibdir. O vurğulayıb ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərkib hissəsi olaraq Yunanıstan və Serbiyada fəaliyyət göstərən aparıcı ali təhsil ocaqları ilə Bakı Ali Neft Məktəbi arasında əlaqələrin qurulması məqsədəuyğundur. Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsunqas Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün arzuolunan və faydalı ola biləcəyini vurğulayıb.
Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Bakı Ali Neft Məktəbinə dəvət edildiyinə görə rəhbərliyə öz minnətdarlığını bildirib. Azərbaycanda aparılan uğurlu, strateji islahatları və Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi beynəlxalq layihələri yüksək qiymətləndirdiyini vurğulayan səfir qeyd edib ki, Azərbaycanda neft-qaz sənayesi inkişaf etməkdədir. Bu baxımdan Azərbaycanda müasir standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması olduqca zəruridir Görüş zamanı gələcəkdə əməkdaşlıq çərçivəsində universitetlərarası tələbə və müəllim mübadiləsi, müxtəlif proqramlar, daxili əməkdaşlıq, qarşılıqlı səfər və fikir mübadiləsi istiqamətində müzakirələr aparılıb.
Görüşün sonunda qonaqlara Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info