Səlim Müslümov sosial xidmət müəssisələrində olub
Tarix: 13.02.2014 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) dövlət himayəsində yaşayan tənha ahıl və əlillərin yaşayış şəraiti və onlara göstərilən xidmətin vəziyyəti ilə yerindəcə tanış olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda hazırda 155 nəfər tənha ahıl və əlil tam dövlət himayəsində yaşayır, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Binada əsaslı təmir işləri aparılmaqla, pansionat üçün ikinci korpus inşa edilmişdir və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.
Pansionatın sakinləri ilə görüşən S. Müslümov bu sosial xidmət müəssisəsində mövcud şəraitlə bağlı onların rəylərini öyrənib. Tənha ahıl insanlar onlara göstərilən dövlət qayğısından, o cümlədən burada onlar üçün yaradılan şəraitdən, təminatlarının həyata keçirilməsindən razılıqlarını ifadə ediblər.
Görüş zamanı ahıl yaşdan daha aşağı yaşda olan və pansionatın təyinat profilinə uyğun olmayan şəxslərin də əvvəllərdə pansionata yerləşdirildiyi nazirin diqqətinə çatdırılıb.
S.Müslümov problemlə tanış olduğunu, yaşı 63-dən yuxarı tənha vətəndaşlar üçün nəzərdə tutulan bu pansionatda əvvəllər daha aşağı yaşda olan insanların da məskunlaşdırıldığını qeyd edib. Halbuki həmin insanlar təyinatı üzrə müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilməlidirlər.
Artıq pansionata yeni rəhbərin təyin edildiyini və əvvəllər yol verilmiş belə nöqsanların aradan qaldırılacağını, hər bir sosial xidmət müəssisəsinin öz təyinatı üzrə fəaliyyət göstərməli olduğunu deyən S. Müslümov pansionatın profilinə uyğun olmadan burada yerləşdirilən 16 nəfərin nazirliyin tabeliyində olan digər sosial xidmət müəssisələrində yerləşdiriləcəyini və onların hər birinin bundan sonrakı həyat şəraitlərinin diqqətdə saxlanılacağını, eyni zamanda onların içərisində əlilliyi olan şəxslərin sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzində peşə reabilitasiyasına cəlb olunacağını bildirib. Həmin şəxslər, eləcə də pansionatın sakinləri məsələnin bu cür həllindən razı qaldıqlarını və minnətdarlıqlarını bildiriblər.
Daha sonra S. Müslümov nazirliyin Buzovna 9 saylı ruhi-əsəb əlilləri və qocalar üçün ixtisaslaşdırılmış internat evinə gəlib.
Hazırda 214 nəfərin dövlət himayəsində yaşadığı internat evinin ayrı-ayrı sakinlərinin göstərilən xidmətlə bağlı fikirlərini dinləyən nazir burada yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənmiş və xidmət səviyyəsinin daha da yaxşılaşdırılması üçün tədbirlərin görüləcəyini bildirib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info