Müəllim ixtisasını seçən tələbələr məcburi şəkildə təcrübə keçəcəklər
Tarix: 13.02.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


“Azərbaycanda müəllim hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmır”. Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, gələcəkdə müəllim ixtisası üzrə hazırlanan tələbələrin məcburi şəkildə orta məktəblərdə təcrübə keçməsi tətbiq olunacaq. Təhsil naziri bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün əlavə güzəştlərin tətbiq edilməsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda Azərbaycan qanunvericiliyində bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Onun sözlərinə görə, ümumilikdə Təhsil Nazirliyi bölgələrdə müəyyən fənlər üzrə müəllim çatışmazlığını bilir və hər zaman bunun həllinə çalışır. Bölgələrdə bir müəllimin ixtisasını dəyişərək digər ixtisasdan dərs deməsi halına gəlincə, M.Cabbarov əlavə edib ki, əgər kimsə qanun çərçivəsində yeni ixtisasa yiyələnirsə, bu normal haldır: “Təhsil sistemində qanun pozuntuları baş verdiyi təqdirdə buna qarşı istər Təhsil Nazirliyi, istərsə də müvafiq qurumlar tərəfindən mübarizə aparılır. Təhsil sistemində olan mənfi hallarla kampaniya şəkilində mübarizə aparmırıq. Əgər qanunvericiliyin təkmilləşməsinə ehtiyac varsa, təhsil ictimaiyyəti bunu qəbul edərsə, o zaman müvafiq vəsatətləri qaldırırıq və həmin qanunvericiliyin təkmilləşməsinə çalışırıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info