M.İkeno: ““NEC Corportion” şirkəti Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır”
Tarix: 13.02.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Yaponiyanın telekommunikasiya və peyk sahəsində aparıcı NEC (Nippon Elektric Compani) korporasiyasının nümayəndə heyəti ilə görüş olub. Görüş iki ölkə arasında əməkdaşlığın yaradılması və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə keçirilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan iqtisadiyyatının son illər dinamik inkişaf etdiyini bildirib, ölkədə həyata keçirilən nəhəng enerji layihələrindən, innovativ texnologiyanın tətbiqindən ətraflı söz açıb.
Qeyd olunub ki, Azərbaycanda İKT sahəsinin sürətlə inkişaf etdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi yüksək elektron məhsulların istehsalı və tətbiqinə geniş imkan açıb. Respublikamızda beynəlxalq əlaqələrin inkişafı, həmçinin yeni əlverişli biznes mühitinin yaradılması istiqamətində məqsədyönlü siyasət aparılır.
“NEC Corportion“nın Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno təmsil etdiyi şirkətin İKT sahəsində dünyada böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, şirkət öz məhsullarının istehsalı və xidməti ilə bağlı Azərbaycan ilə əməkdaşlıqda çox maraqlıdır. Masahiro İkeno Yaponiya hökumətinin də bu əməkdaşlığa layiqli töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Sonra nazirliyin və Yaponiya mütəxəssislərinin iştirakı ilə seminar keçirilib.
Seminar NEC korporasiyasının təqdimatı, İKT sahəsində həllər, genişzolaqlı internetin inkişafı layihəsi, əsas şəbəkə sistemləri mövzularına həsr olunmuş sessiyalar üzrə davam edib. Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
“Acer” yeni noutbuk modellərini təqdim etdi
26.04.2019
ATU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvüləri növbəti reyd-yoxlamalar keçirib
26.04.2019
Tanınmış həkim Azərbaycanı beynəlxalq konfransda təmsil edib
26.04.2019
“Mənəviyyat tariximizin örnəyi” mövzusunda konfrans keçirilib
26.04.2019
Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri uğurlu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info