Əhalinin sayı 9,477 mln nəfəri ötüb
Tarix: 13.02.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Azərbaycan əhalisinin sayı 2013-cü il ərzində 120,6 min nəfər və yaxud 1,3% artaraq bu ilin əvvəlinə 9 477,1 min nəfər olub. Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 1,8%-ni təşkil edib. Ölkə üzrə əhalinin sıxlığı 1 kv. km-ə 109 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,2%-i şəhər, 46,8%-i kənd sakinlərinin, 49,7%-i kişilərin, 50,3%-i isə qadınların payına düşür və hər 1 000 kişiyə 1 012 qadın düşür. Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min nəfər çox olub. Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 18,6 təşkil edib. Doğulanların 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar təşkil edib. Körpələrin 2 270-i əkiz, 42-si isə üçəm doğulub. Ölkə əhalisinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür. Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2012-ci il ilə müqayisədə 6,0-dan 5,8-dək azalıb.
Hesabat ilində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3,1 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb. 2012-ci illə müqayisədə ötən il Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 957 nəfər və ya 44,1% artıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info