Avropa Parlamentində Azərbaycanla bağlı sərgi keçirilib
Tarix: 13.02.2014 | Saat: 17:07:00 | E-mail | Çapa göndər
Avropa Parlamentində Azərbaycanın adət-ənənələri, həyat tərzi, mədəniyyət və tarixini əks etdirən 100 fotoşəkildən ibarət "Azərbaycan: Sülh Yurdu" adlı sərgi keçirilib. Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, açılış tədbiri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Belçika ofisi və Avropa Parlamentinin Yunanıstandan olan deputatı Niki Tzavela tərəfindən təşkil olunub. Açılış mərasimində Avropa Parlamentinin deputatları, Avropa Şurasının üzvləri, diplomatlar, Avropa Parlamenti tədqiqatçıları və jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Avropa Parlamentinin İtaliyadan olan deputatı Fiorello Provera bildirib: "Avropa İttifaqı və Azərbaycan əsasən enerji məsələlərində daha da yaxınlaşır və İtaliya artıq Azərbaycanın əhəmiyyətli tərəfdaşı olub". Avropa Parlamenti deputatının sözlərinə görə, Azərbaycan gözəl landşaftı, dağları və şəhərləri olan maraqlı tarixi torpaqdır: "Xanım Tzavela Azərbaycanın sülhpərvərliyini və tolerantlığını nümayiş etdirmək üçün bu sərgisini təşkil edib və bu, fotoların əksəriyyətində çox aydın görünür". Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin başçısı Fuad İsgəndərov Azərbaycanı Avropa Parlamentinin üzvlərinə tanıtmaqdan çox şad olduğunu bildirib. Səfir Azərbaycan hökuməti ilə "Şahdəniz" konsorsiumu arasında imzalanan yekun investisiya qərarından söz açaraq bildirib ki, bu qərar Cənub Qaz Dəhlizinin tikintisini reallığa çevirəcək: "Növbəti illərdə Azərbaycan qazı dünyada ən bahalı infrastruktur vasitəsilə Avropaya göndəriləcək. Cənub Dəhlizinin inkişafı Aİ istehlakçıları üçün qazın qiymətini aşağı salmağa kömək edəcək".
Səfir həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə və 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımına baxmayaraq, Azərbaycan öz sabitliyini qoruya və inkişaf edə bilib.
Azərbaycanın millət vəkili Asim Mollazadə də tədbirdə çıxış edərək deyib ki, Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də erməni işğalı altındadır: "Bütün beynəlxalq sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı perspektivləri dəstəklənir. Biz Aİ-nin bu münaqişəyə diqqət yetirəcəyinə və ədalətli həllinə çalışacağına ümid edirik".
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı üzrə nümayəndəsi Arif Məmmədov, AAC Brüssel ofisinin rəhbəri Roman Huna və digərləri də tədbirdə çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Tədbirdə azərbaycanlı skripka ifaçısı Sabina Rakçeyeva və "Deco" ansamblı tərəfindən Azərbaycanın tanınmış bəstəkarı Vaqif Mustafazadə, argentinalı bəstəkar Astor Piazzollanın əsərləri və Azərbaycan milli musiqisi ifa edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Milli Məclisdə olub
23.01.2019
Ukrayna və Belarus mətbuatı Prezidentin Davos Forumunda iştirakına geniş yer ayırıb
23.01.2019
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23.01.2019
15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info