Ucarda ötən il sosial-iqtisadi sahələrdə diqqətəlayiq nəticələr qazanılıb
Tarix: 13.02.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Ucar rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun hesabat məruzəsi dinlənilmiş, çıxışlar olub. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası, bölgələrə göstərilən diqqət və qayğı bir sıra yeni infrastruktur layihələrinin reallaşdırılmasına, o cümlədən təhsil, səhiyyə və digər sosial yönümlü obyektlərin tikintisinə, geniş miqyaslı quruculuq və abadlıq işlərinin görülməsinə imkan verib. Prezidentin 2013-cü il 16 sentyabr tarixli Sərəncamı ilə rayon icra hakimiyyətinə ayrılmış 4,7 milyon manat vəsait hesabına 8000 nəfər əhalinin yaşadığı Türkəci, Ə.Məmmədxanlı, Çiyni və Bərgüşad kəndlərini birləşdirən 15 kilometr avtomobil yolu əsaslı təmir olunaraq istifadəyə verilib.
Ötən il Ucarda ən böyük layihələrdən olan su-kanalizasiya sisteminin tikintisi daha da sürətləndirilib, artıq bir sıra ərazilərə içməli suyun verilməsi təmin olunub. Ucar şəhərində konserv zavodunun, Alpout kəndi ərazisində quşçuluq sənaye kompleksinin və digər obyektlərin tikintisi davam etdirilib. Quşçuluq kompleksində artıq emal sexi istifadəyə verilib. Bu il bütünlüklə istismara verilməsi gözlənilən kompleksə 500 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Ötən il rayonda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda da diqqətəlayiq nəticələr qazanılıb, bu sahənin dinamik inkişafı təmin olunub. Belə ki, yeni su nasosunun quraşdırılması sayəsində 130 hektar sahənin suvarma suyu ilə təminatındakı problem aradan qaldırılıb. Rayon baytarlıq idarəsi üçün yeni bina, Alpout kəndində baytarlıq məntəqəsi tikilib istifadəyə verilib.
Məruzə və çıxışlarda qarşıda duran vəzifələrdən də danışılıb. Xüsusilə Prezident İlham Əliyevin “Sənaye ili” elan etdiyi 2014-cü ildə iqtisadiyyatın bu sahəsinin inkişaf perspektivlərindən geniş bəhs edilib.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev və Milli Məclisin deputatı Elton Məmmədov çıxış ediblər.
Yığıncaqda Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info