“AtaBank” yeni “AtaNet” internet bankçılıq məhsulunu təqdim etdi
Tarix: 13.02.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC Ş.Bədəlbəyli 102 ünvanında yerləşən baş ofisində özünün yeni “AtaNet” internet bankçılıq məhsulunun təqdimat mərasimini keçirdi. Tədbirdə bankın VİP müştəriləri iştirak edirdi. Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib, məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. “Bir addım öndə” şüarını hər zaman öz işində rəhbər tutan “AtaBank”ın İdarə Heyətinin üzvü - icraçı direktor Elnur Osmanov təqdimat mərasimində çıxış edərək bildirib ki, “AtaBank” Azərbaycan bankçılıq bazarında yeniliklər etməklə öz sözünü demiş bankdır. Bu dəfə yenilik isə ondan ibarətdir ki, “AtaNet” məhsulu elektron imza – ASAN imza ilə inteqrasiya olunmuş ilk və yeganə internet bankçılıq məhsuludur. Bu məhsul korporativ biznes nümayəndələrinin, fərdi sahibkarların və VIP müştərilərin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanıb. E.Osmanov qeyd edib: ““AtaNet” – demək olar ki, ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir bankçılıq sistemidir. Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün sadəcə bankın veb-səhifəsinə daxil olmaq lazımdır. Bu gün biz yalnız VIP müştərilərimizin bəziləri üçün təqdimat etdik, lakin yaxın günlərdə digər müştərilərimiz, geniş ictimaiyyət və KİV üçün “Excelsior” otelində böyük təqdimat mərasimi keçirəcəyik".
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info