Qırğızıstan və Tacikistan ərazi mübadiləsi edə bilər?
Tarix: 13.02.2014 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Son günlər yayılan məlumata görə, Qırğızıstan və Tacikistan arasındakı münaqişə ölkələr arasında ərazi mübadiləsi hesabına həllini tapacaq. Lakin qırğız tərəfinin nümayəndələri bu xəbəri təkzib ediblər. Belə ki, Tacikstananın baş nazirinin müavini Muradoli Alimardon tacik dəhlizinin Vorux sakinləri ilə görüş zamanı onların tezliklə ölkənin əsas ərazisinə birləşəcəyini vəd edib. Lakin Qırğızıstan tərəfi bu bəyanata narazılığını bildirib.
Onlar qarşı tərəfin bu təşəbbüslə 15 ildən artıq çıxış etdiklərinə eyham vuraraq, bunun mümkün olmayacağını bəyan ediblər. Bu dəhliz, Qırğızıstanın Batken bölgəsində yerləşir. Onun əhalisinin ümumi sayı 30 min nəfərdir. Bu dəhlizə yeganə yol Qırğızıstanın Aksal kəndindən keçir. Bölgədəki torpaq və su qıtlığı daim yerli münaqişələrə səbəb olur. Bununla belə, iki ölkə arasında sərhədlərin hələ də müəyyən edilməməsi vəziyyəti daha da çətinləşdirir. Məhz bu ərazidə bir ay əvvəl iki ölkənin sərhəd mühafizəçiləri arasında silahlı insident yaşanmışdı. Baxmayaraq ki, o vaxt tərəflər birgə tədqiqata razılıq vermişdilər, bununla belə, sərhədlər indiyə qədər qapalı olaraq qalır. Hətta tərəflər arasında ticarət əlaqələri də dayandırılıb. Qeyd edək ki, təxmini uzunluğu 5 kilometr olan dəhlizin Tacikistana birləşdirilməsinə mürrəkkəblik yaradan əsas amillərdən biri də, əhalisinin əksəriyyətini qırğızların təşkil etdiyi Aksal kəndinin dəhliz yolu üzərində yerləşməsidir. Bir müddət əvvəl Qırğızıstan tərəfi yerli sakinlər üçün alternativ yol tikməyə çalışsa da, Tacikistan tərəfi və müxalifəti bunun əleyhinə çıxış ediblər.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info