Nizami rayonunda jurnalistlər mükafatlandırıldı
Tarix: 13.02.2014 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Nizami rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vuruldu və 2014-cü-ci il üçün qarşıda duran vəzifələr müzakirə olundu. Tədbir çərçivəsində Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də
mükafatlandırıldı.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qeyd etdi ki, ötən ilin noyabr ayında rayon ictimaiyyətinin, icra strukturlarının nümayəndələri ilə media rəhbərləri arasında görüş keçirilib: "Görüşün yekunu olaraq fərdi jurnalist yazı müsabiqəsi elan edilmişdir və bu gün həm də qaliblər mükafatlandırılır”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında əvvəlcə Nizami rayonunun sosial iqtisadi inkişafı ilə bağlı fikirlərini bildirmiş, rayonun dinamik tərəqqi yolunda olduğunu diqqətə çatdırdı. Fondun yaradılması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən Vüqar Səfərli qurumun 2009-cu ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradıldığını bildirdi: "Fondun yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mediaya yüksək diqqət və qayğısının növbəti təzahürü olub. Ötən illər ərzində dövlət başçısının yüksək diqqətini media daim öz üzərində hiss edib. Cənab Prezidentin media işçilərinə yüksək qayğısının daha bir real nümunəsi heç şübhəsiz ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2010-cu ildə verdiyi sərəncam olub. Ötən ilin iyul ayında cənab Prezidentin iştirakı ilə jurnalistlər üçün inşa olunmuş binanın açılışı keçirilib və burada 156 media təmsilçisinə təmirli mənzillər verilib”.
Fondun mövcud fəaliyyətindən də bəhs edən Vüqar Səfərli qeyd edib: "Bu gün fond tərəfindən 34 qəzetə layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Bu, onların iqtisadi müstəqilliyinin möhkəmlənməsinə töhfələr verir. Fondun əsas məqsədlərindən biri də, jurnalist peşəkarlığının yüksəldilməsi məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Bu konteksdə beynəlxalq təcrübənin öyrənilməsi üçün də müvafiq addımlar atılır, jurnalistlərin müxtəlif xarici ölkələrə səfərləri təşkil olunur. Elə ötən il Türkiyəyə və Şimali Kipr Türk Cümhuriyyətinə media təmsilçilərinin səfərləri təşkil olunub”.
Vüqar Səfərli fond tərəfindən təşkil olunan fərdi jurnalist yazı müsabiqələri barədə də tədbir iştirakçılarına məlumat verib: "Fond hər il bir neçə fərdi jurnalist yazıları müsabiqəsi təşkil edir. Bununla yanaşı fond digər icra strükturları ilə birgə də yazı müsabiqələrinin təşkilini həyata keçirir. Ötən ilin noyabrında Nizami Rayon İcra Hakimiyyətində baş tutan görüşün nəticəsi olaraq "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda müsabiqə elan olunmuşdur. Keçirilmiş müsabiqəyə ötən ilin noyabr ayının 19-dan dekabr ayının 20-dək yazılar qəbul edilib. Müsabiqəyə ümumilikdə 43 jurnalist yazı təqdim edilib, yazılar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra, 1-ci yer üçün 1 nəfər, 2-ci yer üçün 2 nəfər, 3-cü yer üçün 3 nəfərdən ibarət qaliblər müəyyənləşdirilib. Bundan əlavə 11 jurnalist isə həvəsləndirici mükafata layiq görülüb”. Qaliblərin mükafatlandırılmasından öncə, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov media ilə fəal əməkdaşlığına görə, KİVDF-nin xüsusu diplomuna layiq görülüb. Daha sonra qaliblər mükafatlandırılıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info