Rusiya Federal Miqrasiya Xidməti təkzib edir
Tarix: 13.02.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Rusiya Federal Miqrasiya Xidməti əcnəbilərə vətəndaşlıq verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, FMX rəhbərinin birinci müavini Yekaterina Yeqorova bildirib ki, Federal Miqrasiya Xidməti ilə İqtisadi İnkişaf Nazirliyi əcnəbilərə vətəndaşlığın pulla satılması barədə düşünmür.
Rusiya mediasında əcnəbilərə vətəndaşlığın verilməsi ilə bağlı yeni qanun layihəsinin hazırlanması haqqında yayılan məlumatları təkzib edən FMX rəsmisi bildirib ki, heç kəs 10 milyon rubl ödəyərək Rusiya vətəndaşlığı ala bilməz: “Heç kəs bunu qanun layihəsinə sala bilməz. Əslində qanun layihəsində tamam başqa şey nəzərdə tutulub. Yeniliyə görə, Rusiyaya sərmayə qoyan fərdi sahibkar üç il ərzində 10 milyon rubldan az olmayaraq gəlir əldə edərsə, o zaman ona vətəndaşlıq verilməsinə baxıla bilər. Hazırda Rusiya vətəndaşlığını həyat yoldaşı Rusiya vətəndaşı olan əcnəbilər və ya keçmiş SSRİ-də doğulanlar və heç bir vətəndaşlığı olmayan şəxslər ala bilərlər”.
Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzeti əcnəbilərə Rusiya vətəndaşlığı verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlandığı barədə məlumat yayıb. Məlumata görə, layihədə Rusiya iqtisadiyyatına 10 milyon rubl (287,4 min dollar) sərmayə qoyan əcnəbilərə ölkə vətəndaşlığı verilməsi nəzərdə tutulur. Bundan başqa, Rusiyanın kollec və ali təhsil məktəblərini bitirən və Rusiyada ən azı 3 il işləyən əcnəbi tələbələrə də vətəndaşlıq verilə bilər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info