Azərbaycanda yeni 5 ulduzlu hotel tikilir
Tarix: 13.02.2014 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda Şahdağ Qış-Yay Turizm Kompleksində yeni 5 ulduzlu lüks kateqoriyalı mehmanxana kompleksi inşa olunur.
Kompleksə daxil olan hotelin ümumi sahəsi 22 min kv. metrdən çoxdur. Burada 164 nömrə olacaq, bunun 149-u standart, 13-ü süit və 2-si isə dupleks süitdir. Oteldə müxtəlif restoran, kafe və barlar fəaliyyət göstərəcək. Bundan başqa, mehmanxanaya işgüzar görüşlərin keçirilməsi üçün 3 biznes otağı, 4 130 nəfərlik konfrans zalı, müxtəlif trenajorların quraşdırıldığı idman zalı, dörd prosedur otağını özündə birləşdirən SPA mərkəzi, hovuz və digər xidmət obyektləri daxildir. Həmçinin, binanın altında 77 yerli avtodayanacaq inşa olunacaq. Qeyd edək ki, yeni hotel Şahdağda bu yaxınlarda istifadəyə verilən «Pik Palace» hoteli ilə üzbəüz tikilir. Yaxın gələcək üçün olan planlara görə, bu iki mehmanxananın arasında yerləşən ərazidə həm orta kateqoriyalı, həm də VİP müştərilər üçün restoranlar, mağazalar və digər xidmət obyektləri tikiləcək. Digər bir plana isə Şahdağın zirvəsində restoranın tikintisi daxildir. «Pik Palace» hotelinin baş meneceri Klayv Smit bildirib ki, Şahdağ turizm kompleksində qeyd edilənlərdən savayı, «Aqua park», qolf meydançası və turistlər üçün villalar inşa olunacaq. Onun sözlərinə görə, fevral ayının sonunda kompleksdə konkisürmə meydançasının açılması da nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info