ABŞ-da Azərbaycanla bağlı rəsmi Bəyannamə qəbul edilib
Tarix: 14.02.2014 | Saat: 14:07:00 | E-mail | Çapa göndər


ABŞ-ın Yuta ştatının qanunvericilik orqanın hər iki palatası tərəfindən Azərbaycan xalqının və Prezident İlham Əliyevin tarixi nailiyyətlərini təqdir edən rəsmi Bəyannamə (Official Citation Honoring The President and Citizens of Azerbaijan) qəbul edilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, bəyannamə Senat sessiyası zamanı prezident Vayn Niderhauzer tərəfindən oxunduqdan sonra sənədin həmmüəlliflərindən olan senator Cin Devis tərəfindən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib. Səfir E.Süleymanov öz növbəsində hər iki palata mənsublarına, eləcə də sənədin həmmüəlliflərinə öz dərin təşəkkürünü bildirib, bu sənədin ştatla ölkəmiz arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin olacağına əminliyini ifadə edib.
Senator Cin Devis çıxış edərək, Azərbaycanın regionda ABŞ-ın strateji tərəfdaşı olduğunu bildirib, gənc dövlət olmasına baxmayaraq, Azərbaycanın tarixi dövlətçilik ənənələrinə malik olduğunu qeyd edib. Daha sonra o, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.
Bəyannamə təqdim edildikdən sonra azərbaycanlı diplomat Konqresin Nümayəndələr Palatasında çıxış üçün dəvət edilib. Çıxışı zamanı o, ölkəmizin müstəqilliyini əldə etdikdən indiki dövrə qədər həm daxili, həm də xarici siyasətdə əhəmiyyətli uğurlar əldə etdiyini söyləyib, Azərbaycanın amerikalı hərbçilərlə çiyin-çiyinə dünyanın müxtəlif yerlərində beynəlxalq sülhün və əmin-amanlığın bərqərar edilməsində iştirak etdiyini vurğulayıb.
Qeyd edək ki, Bəyannamədə Sovet İttifaqının dağılması ilə müstəqilliyini əldə edən ölkəmizin türk dünyası və müsəlman şərqində ilk demokratik dövlətçilik ənənələrinə malik olan dövlət olduğu göstərilir, habelə Azərbaycanın qadınların seçki hüququnu tanıyan ilk dövlətlərdən olduğu qeyd edilir. Bəyannamədə xüsusilə vurğulanır ki, ABŞ və Azərbaycan demokratiya, insan hüquqları və universal azadlıqlarla bağlı eyni dəyərləri bölüşürlər.
Yuta Ştatının qanunvericilik orqanın hər iki palatası tərəfindən qəbul edilən Bəyannamə Senat Prezidenti Vayn Niderhauzer, Nümayəndələr Palatasının Spikeri Rebeka Lokhart, Senator Cin Devis və Konqresmen Lin Heminquey tərəfindən imzalanıb. Senator Cin Devis və Konqresmen Lin Heminquey 2013-cü ilin may ayında Bakıda keçirilmiş ABŞ-Azərbaycan Forumu zamanı ABŞ nümayəndə heyəti tərkibində ölkəmizdə səfərdə olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info