“İnsan alverinin qurbanı olmuş uşaqlar ödənişsiz peşə təhsili alacaq”
Tarix: 14.02.2014 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyatı mərkəzi icra hakimiyyəti orqanı ilə birgə insan alverinin qurbanı olmuş uşaqların sosial müdafiəsini və məşğulluğunu təmin etmək məqsədi ilə onların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və 15 yaşına çatmış uşaqların öz arzusu ilə işlə təmin olunması istiqamətində tədbirlər həyata keçirəcək. Bu barədə nazirlikdən məlumat verilib.
Bununla bağlı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilən «İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram»ın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında müvafiq bənd yer alıb.
2014-2016-cı illəri əhatə edən Tədbirlər Planında sözügedən uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, onların və ailələrinin problemlərinin öyrənilməsi, onlara lazımi dəstəyin göstərilməsi, qeyd olunan sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətin diqqətinin insan alverinin qurbanı olmuş uşaqlara yönəldilməsi və s. istqamətlərdə tədbirlərin həyata keçirilməsi də əksini tapıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info